Koronavirusa yoluxan amerikalı hərbçilərin sayı təxminən iki dəfə artıb

Oxunma sayı: 399
Dünya       1 Aprel 2020, 16:00
Koronavirusa yoluxan amerikalı hərbçilərin sayı təxminən iki dəfə artıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

ABŞ Silahlı Qüvvələrinin koronavirusa yoluxan hərbçilərinin, onların ailələrinin və mülki əməkdaşlarının sayı 67 faiz artıb.

 

Azmedia.Az AZƏRTAC-a istinadən bildirir ki, Pentaqonun məlumatına əsasən, hazırda ABŞ Silahlı Qüvvələrində 1087 yoluxma halı qeydə alınıb. Amerikalı hərbçilər arasında infeksiyaya yoluxanların sayı isə təxminən iki dəfə artaraq 309 nəfərdən 569 nəfərə yüksəlib. Yoluxma hallarının çoxu Hərbi Dəniz Qüvvələrinin payına düşür.

 

Ötən həftə Sakit Okeanda xidmət aparan "USS Theodore Roosevelt" aviadaşıyıcı gəmisi heyət üzvləri arasında koronavirusa yoluxanların sayının artması səbəbindən təcili olaraq Quam adasına istiqamətlənib. Gəmidə yeddi gün ərzində yoluxanların sayı üç nəfərdən 40 nəfərə yüksəlib.

 

Yaponiyanın Yokosuka hərbi dəniz bazasında lövbər salan "USS Ronald Reagan" aviadaşıyıcısında da bir neçə yoluxma halı aşkarlanıb.

Paylaş
Loading...
Çox oxunanlar