Dünya turizm sektoru 75 milyon iş yerini itirə bilər

Oxunma sayı: 422
Dünya       1 Aprel 2020, 16:21
Dünya turizm sektoru 75 milyon iş yerini itirə bilər

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Koronavirus səbəbindən dünyanın turizm sektorunda 75 milyona yaxın iş yeri yox ola bilər.

 

Azmedia.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı Dünya Səyahət və Turizm Şurası (WTTC) Səudiyyə Ərəbistanının G20 ölkələri üçün təşkil etdiyi virtual görüşdə səsləndirib.

 

Şura G20 ölkələri liderlərini turizm sektorunun xilası naminə qətiyyətli tədbirlər görməyə səsləyib.

 

WTTC əsasən iri turizm kompaniyalarını - aviasiya və kruiz şirkətlərini, qlobal bron sistemlərini, otel biznesi ilə məşğul olanları, həmçinin kiçik və orta biznesi (turizm operatorları və agentlərini, restoran və digər müəssisələri) xilas etmək üçün vəsait ayrılmasını və səylərin koordinasiyasını xahiş edib. Bu səylər 330 milyondan çox insanın iş yerini qorumağa imkan verərdi.

 

"İyirmilik" ölkələri liderləri virtual sammitdə pandemiya ilə mübarizəyə və onun iqtisadiyyata, maliyyəyə və sosial sahəyə mənfi təsirlərinin aradan qaldırılması üçün dünya iqtisadiyyatına 5 trilyon dollardan çox vəsait ayırmağı vəd edib.

Paylaş
Loading...
Çox oxunanlar