Tibb bacısı ağlayaraq xəbərdarlıq etdi: "Bu işin sonu yaxşıya getmir" - GÖRÜNTÜLƏR

Oxunma sayı: 252
Maraqlı       1 Aprel 2020, 16:39
Tibb bacısı ağlayaraq xəbərdarlıq etdi:     "Bu işin sonu yaxşıya getmir" - GÖRÜNTÜLƏR

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Çinin Uhan şəhərində başlayan koronavirus epidemiyası qısa müddətdə ABŞ-a yayıldı. Hazırda ABŞ-da koronavirus səbəbindən ölənlərin sayı 4 mini keçib.

 

Azmedia.az Metbuat.az-a istinadən xəbər verir ki, ölkədəki tibb işçilərinə, xəstələrə verilməli olan N95 maskaları və tənəffüs cihazlarının çatışmazlığı ABŞ-da epidemiyanın daha təhlükəli səviyyəyə çatmasına səbəb olub. Çikaqoda xəstəxanaların birində tibb bacısı işləyən Imaris Vera sosial şəbəkədə gözyaşları içində maska ilə yaşadığı problemlər barədə danışaraq bildirib ki, işdən çıxmaq məcburiyyətindədir.

 

"Bu səhər təcili yardım otağına gələndə maska taxan tibb bacılarını görməyi arzu edirəm amma vəziyyət əksinədir. Bu cərrahi maskalar bizi qoruya bilməz. Xəstələrimizin 90 faizi COVID-19 dan müalicə olunur. İnsanlar hətta xəstəxana şəraitində virusu yayırlar. Rəhbərliyə bildirdim ki, şəxsi N95 maskamı taxa bilərəmmi?

 

O isə buna icazə verməyəcəklərini bildirdi. Məcbur olub öz ərizəm ilə işdən çıxmalı oldum. İndi necə yaşayacağam?

 

Ödəməli olduğum borclarım var. Mən bilmirəm ki, alış-verişi necə edəcəyəm "

 

Qeyd edək ki hal-hazırda olan rəqəmlərə əsasən ABŞ da koronavirusa 188 mindən çox insan yoluxub. Onların 4 minin vəziyyəti kritikdir.

Paylaş
Loading...
Çox oxunanlar