Dərslər sentyabrın 15-dək təxirə salınıb? - Nazirlikdən AÇIQLAMA

Oxunma sayı: 392
Ölkə       1 Aprel 2020, 17:54
Dərslər sentyabrın 15-dək təxirə salınıb?     - Nazirlikdən AÇIQLAMA

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Təhsil Nazirliyi dərslərin sentyabrın 15-dək təxirə salınması ilə bağlı yayılan xəbərə ayıdınlıq gətirib.

 

Azmedia.az-ın məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov açıqlamasında sözgedən xəbəri təkzib edib.

 

Onun sözlərinə görə, belə yanlış xəbərlərin yayılması cinayət tərkibi yaradır:

 

“Bu gün sosial şəbəkələrdə Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən guya dərslərin 15 sentyabradək təxirə salınması ilə bağlı yayılan xəbər yanlışdır. Belə yanlış xəbərlərin yayılması cinayət tərkibi yaradır. Rəsmi qurumların xəbərlərinə istinad edin, doğrusunu bizimlə bölüşün”.

Paylaş
Loading...
Çox oxunanlar