Qonşu ölkədə koronavirusa yoluxanların sayı 50 mini keçib

Oxunma sayı: 761
Dünya       3 Aprel 2020, 11:31
Qonşu ölkədə koronavirusa yoluxanların sayı 50 mini keçib

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

İranda koronavirusa yoluxanların sayı 50 mini ötüb.

 

Azmedia.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur məlumat yayıb. Onun sözlərinə görə son 24 saat ərzində yoluxanların sayı 50 min 468 nəfərə, ölənlərin sayı isə 3 min 160 nəfərə çatıb. Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alanlardan 16 min 711 nəfər sağalaraq evə buraxılıb. Həmçinin 50 milyon adam regionlarda yaradılan tibbi məntəqələrdə testdən keçirilib.

 

İRİB televiziyasının verdiyi məlumata görə, İran İslam Şurası Məclisinin (parlament) sədri Əli Laricani koronavirusa yoluxub.

 

Səhhətində narahatlıq hiss edən spiker testdən keçib və virusa yoluxduğu təsdiqlənib. Ə.Laricani karantinə yerləşdirilib və müalicə olunur.

Paylaş
Loading...
Çox oxunanlar