Bu şəxslərin SMS-lə icazə almasına ehtyac yoxdur - İbrahim Məmmədov

Oxunma sayı: 462
Ölkə       3 Aprel 2020, 23:35
Bu şəxslərin SMS-lə icazə almasına ehtyac yoxdur     - İbrahim Məmmədov

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

İşləmək üçün icazəsi olan şəxslər aptek, bank və ya ərzaq dükanına gedərkən icazə almaq üçün SMS göndərməyəcəklər.

 

Azmedia.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov "Real" TV-nin efirində deyib.

 

Onun sözlərinə görə, Nazirlər Kabinetinin aprelin 2-də verdiyi 124 saylı qərarın 1 saylı əlavəsi əsasında işləyənlərin açıq obyektlərə girmək üçün icazə almasına ehtiyac yoxdur:

 

"Onlar bu gün normal şəkildə çalışırlar. Ona görə də SMS-lə icazə alıb hərəkəti gerçəkləşdirməyə ehtiyac yoxdur".

 

İ.Məmmədov əlavə edib ki, işləmək icazəsi olan şəxslər öz avtomobillərindən sərbəst şəkildə istifadə edə biləcəklər:

 

"Belə şəxslərjn avtomobil üçün əlavə icazə almasına ehtiyac yoxdur. Amma bu halda o, sərnişin daşıya bilməz. Eyni zamanda, avtomobilində kimsə varsa, onun da icazəsi olmalıdır"

 

124 saylı qərarın 1 saylı əlavəsi əsasında çalışan dövlət qurumlarının siyahısını bir daha diqqətinizə çatdırırıq:

 

1. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti

2. "Azəriqaz" İstehsalat Birliyi

3. "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti

4. "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti

5. "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti

6. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (onun törəmə və birgə müəssisələri)

7. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti

8. "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti

9. "Azəraqrartikinti" Səhmdar Cəmiyyəti

10. "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti

11. "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti

12. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti

13. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti

14. "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti

15. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

16. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi

17. Bakı Nəqliyyat Agentliyi

18. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti

19. "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyəti

20. Dövlət Dəniz Agentliyi

21. Dövlət Mülki Aviasiya Agentliyi

22. Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi

23. Çörək və digər ərzaq məhsullarının istehsalı, tədarükü və təchizatı müəssisələri

24. Bakı Şəhər İcra Hakimiyyəti və onun tabeliyindəki qurumlar

25. Şəhər və rayon icra hakimiyyəti orqanlarının kommunal xidmətləri həyata keçirən qurumları

26. "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti

27. "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti

28. "AzInTelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti

29. "Bakı Telefon Rabitəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti

30. Dövlət Avtomobil Nəqliyyatı Xidməti

31. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar NazirliyininMəlumat Hesablama Mərkəzi

32. "Azercell Telecom" Məhdud Məsuliyyətli Cəmiyyəti

33. "Bakcell" Məhdud Məsuliyyətli Cəmiyyəti

34. "AzerFon" Məhdud Məsuliyyətli Cəmiyyəti

35. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət və sosial reabilitasiya müəssisələri

36. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmətçiləri

37. Məişət tullantılarının yığılması və utilizasiyası müəssisələri

38. Yanacaqdoldurma məntəqələri

 

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

 

Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək xüsusi qaydada tətbiqi ilə bağlı qərar alınıb.

Paylaş
Loading...
Çox oxunanlar