"Canlı ünsiyyəti məhdudlaşdırmışam" - Xalq artistindən çağırış

Oxunma sayı: 416
Mədəniyyət       4 Aprel 2020, 12:27
"Canlı ünsiyyəti məhdudlaşdırmışam"     - Xalq artistindən çağırış

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"Müvvəqəti çətinlikdən maksimum istifadə edirəm. Evimdə tələbələrimə onlayn dərslər keçirəm. Kitabların üzərində işləyirəm, çoxlu mütaliə edirəm. Evdən ancaq ən vacib anlarda - aptekə, mağaya getmək üçün çıxıram".

 

Azmedia.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Xalq artisti Həmidə Ömərova deyib.

 

O, insanları tədbirli olmağa çağırıb:

 

"Hamıya tövsiyə edirəm ki, özlərini qorusunlar, evlərində qalsınlar. Və hər kəs öz işi ilə onlayn vasitəsilə məşğul ola bilər. O qədər yığılıb qalan işlərim var ki, evdə qala bilmirdim. İndi bundan istifadə edib, yazdığım kitabları redaktə edirəm.

 

Tələbələrimlə onlayn ünsiyyətdə oluram. Azərbaycan xalqı dözümlüdür və mərddir. İnanıram ki, bu çətin günlərdə bir-birinə dayaq olacaqlar. Bu virusa qalib gəlmək məqsədimizə nail olacağıq.

 

Sənətçi bildirib ki, dövlətimizin qayda-qanunlarına riayət etməliyik:

 

"Virusa inanmamaq şübhəsi hamıda yarana bilər. Amma xahiş edirəm ki, belə halda öz qohumlarını, doğmalarını, övladlarını və yaşlı valideynlərini düşünsünlər. Mən insanlarla canlı ünsiyyəti məhdudlaşdırmışam. Aktyor dostlarımızla ancaq telefon vasitəsi ilə danışıram. Mütləq spirt, maska, əlcək istifadə edirəm. Çölə çıxanda liftin düyməsini də spirtləyirəm, həmçinin evdə pəncərələrin, qapıların tutacaqlarını da".

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar