Maskasız çölə çıxanlar CƏRİMƏLƏNMƏYƏCƏK — RƏSMİ

Oxunma sayı: 526
Cəmiyyət       6 Aprel 2020, 11:17
Maskasız çölə çıxanlar       CƏRİMƏLƏNMƏYƏCƏK — RƏSMİ

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"İnsanların Bakının bir rayonunda qeydiyyatda olub başqa bir rayonunda yaşamasının SMS-lə icazə almaq mexanizmi üçün heç bir problemi yoxdur".

 

Azmedia.az  qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İTV-də çıxışı zamanı deyib. O bildirib ki, vətəndaşlar küçəyə çıxma səbəbini seçərək icazə alıb evdən çıxır:"Harada yaşayıb, harada qeydiyyatda olmağın heç bir əhəmiyyəti yoxdur. Polis əməkdaşı vətəndaşı küçədə saxlayarkən görsə ki, Yasamal rayonunda qeydiyyatdadır, amma indi Xətai rayonundadır. Bu zaman vətəndaş Xətai rayonunda yaşadığını və qaldığı ünvanı bildirir".

 

Ə.Baqişev deyib ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusdan qorunmaq üçün insanlara tibbi maskadan istifadə etməyi tövsiyə edir: "Bu tövsiyələr polis əməkdaşları tərəfindən vətəndaşlara çatdırılır. Maskasız gəzən vətəndaş cərimə olunmayacaq".

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar

Son 12 saatda yüklənən xəbər yoxdur