Ülvi Mehdiyev icazə SMS-lərinin ən çox olduğu vaxtdan danışdı - FOTO

Oxunma sayı: 341
Sosial       6 Aprel 2020, 14:24
Ülvi Mehdiyev icazə SMS-lərinin ən çox olduğu vaxtdan danışdı     - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

“Bir SMS-in cavablandırılması 10 dəqiqəyə yaxın müddətdə baş tutur. Sadəcə olaraq, şəbəkənin yüklənməsi, sorğuların çox olması səbəbindən cavab SMS-lərinin göndərilməsi uzana bilər. Biz vətəndaşlarımızı da məlumatdırmışıq ki, göndərdiyiniz SMS-lər bir saat ərzində cavablandırılacaq”.

 

Azmedia.az  oxu.az-a  istinadən xəbər verir ki, bunu “Real” TV-yə müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

 

Onun sözlərinə görə, saat intervalı ilə baxanda yaşayış yerini tərk etmə ilə bağlı edilən SMS müraciətində səhər saat 11-dən sonra artım qeydə alınır:

 

“Axşama doğru SMS-lər azalmağa başlayır. SMS-lə icazəyə başlanan gün sistemin ən çox yüklənməsi halı günorta saat 13:00-da olub. Sistem uğurla çalışır”.

 

Ü.Mehdiyev SMS sisteminin yaradılması barədə də məlumat verib:

 

“Bu sistem üç gün ərzində Azərbaycanın yerli informasiya texnologiyaları (İT) mütəxəssisləri tərəfindən yaradılan sistemdir. Bununla bağlı qərar veriləndə Elektron Hökumətin İnkişafı Mərkəzində gecə-gündüz işləməklə bu sistem qurulub”.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar

Son 12 saatda yüklənən xəbər yoxdur