Koronavirusdan sağalan qadın 100 il əvvəl bu virusdan da sağ çıxıbmış

Oxunma sayı: 342
Dünya       6 Aprel 2020, 16:12
Koronavirusdan sağalan qadın 100 il əvvəl bu virusdan da sağ çıxıbmış

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

İtaliyanın Biella bölgəsində yaşayan 104 yaşlı Ada Zanussa adlı qadın koronavirusa qalib gəlməyi bacarıb. O, 1918-1920-ci illərdə ortaya çıxan "ispan qripi"ndən də sağ qurtulmağı bacarıbmış.

 

Azmedia.az  metbuat.az-a istinadən  xəbər verir ki, qocalar evində yaşayan qadın qusma, hərarət və nəfəs darlığı şikayətləri ilə martın 17-də xəstəxanaya yerləşdirilmiş və onun koronavirus testləri pozitiv çıxmışdı. Onunla yaşadığı qocalar evində 20 nəfər virusdan ölsə də, Zanussa koronavirusdan sağalan ən yaşlı xəstə olmuşdu.

 

Qeyd edək ki, "ispan qripi" ilk dəfə 1918-ci ildə ABŞ-da yaranmış, dünyada 500 milyon insanın ölümünə səbəb olmuşdu. Koronavirusdan fərqli olaraq bu qrip daha çox sağlam və gənc insanları hədəf almışdı.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar

Son 12 saatda yüklənən xəbər yoxdur