"Bu virus güllədən də pis yaralayır, cəhənnəm əzabı çəkirəm" - Koronaviruslu tibb bacısı

Oxunma sayı: 381
Maraqlı       6 Aprel 2020, 23:52
"Bu virus güllədən də pis yaralayır, cəhənnəm əzabı çəkirəm"     - Koronaviruslu tibb bacısı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

ABŞ-ın Tennessi ştatında reabilitasiya mərkəzində işləyən və COVID-19-a yoluxan tibb bacısı infeksiyanın onun səhhətinə təsiri barədə danışıb.

 

Azmedia.az medicina.az-a istinadən bildirir ki, Sareka Uilyams xəstəliyi ağır güllə yarasına bənzədib.

 

"Mənə heç vaxt atəş açılmayıb, ancaq belə görünür ki, bu xəstəlik güllədən pis yaralayır. Cəhənnəm əzabı çəkirəm", - deyə qadın etiraf edib.

 

Tibb işçisinin sözlərinə görə, koronavirus infeksiyası səbəbindən o, çətinliklə yemək yeyə və hərəkət edə bilir, hər nəfəsalma ona dəhşətli ağrılar verir.

 

"Gecikməyin. Sizə, ailənizə və ya uşaqlarınıza dəyəcəyi vaxtı gözləməyin!", - deyə, qadın müraciətini yekunlaşdırıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar

Son 12 saatda yüklənən xəbər yoxdur