Həkim məsləhəti: Karantin zamanı tez-tez cinsi əlaqədə olun - VİDEO

Oxunma sayı: 6803
Dünya       7 Aprel 2020, 11:34
Həkim məsləhəti:     Karantin zamanı tez-tez cinsi əlaqədə olun - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Doktor və teleaparıcı Yevgeni Komarovski insanlar üçün uzun karantin müddətinin səbəb olacağı mənfi nəticələrdən danışıb.

 

Azmedia.az  baku.ws-ə  istinadən  xəbər verir ki, ukraynalı həkim izolyasiyanın əsas təhlükələrini "Big Money" adlı "YouTube" kanalına müsahibə zamanı izah edib.

 

Onun sözlərinə görə, karantin zamanı insanların edə biləcəyi ən təhlükəli şey fiziki aktivliyi həyatlarından kənarlaşdırmaqdır. O, izləyiciləri əllərində olan hər hansı fəaliyyətlə məşğul olmağa, xüsusən də cinsi əlaqəyə tez-tez girməyə çağırıb.

 

“Evi təmizləyin - mümkün qədər hərəkət edin. Hər gün rəqs edin, mahnı oxuyun, əgər gücünüz varsa, gündə iki dəfə cinsi əlaqədə olun", - deyə həkim məsləhət verib.

 

Yevgeni Komarovski həmçinin insanlara az yeməyi də tövsiyə edib: "Karantin əla fürsətdir ki, uşaqlarla və yaşlı qohumlarla ünsiyyət qurulsun. 30 ildir birlikdə yaşayan analarınız və atalarınız artıq çox danışıblar. Birlikdə olmaq onlar üçün çox çətindir. Yemək yeyərkən televizoru yandırmayın və ailənizlə nahar vaxtı da ünsiyyət qurun".

 

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar