Ər-Riyaddan Rusiyaya neftlə bağlı ultimatum

Oxunma sayı: 468
Dünya       7 Aprel 2020, 14:14
Ər-Riyaddan Rusiyaya neftlə bağlı ultimatum

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

OPEC ölkələri və Rusiya arasında neft hasilatının azaldılması ilə bağlı danışıqlardakı çətinliyin səbəbi Səudiyyə Ərəbistanının Moskvaya verdiyi ultimatum olub.

 

Azmedia.az  oxu.az-a  istinadən xəbər verir ki, Ər-Riyad faktiki olaraq, Rusiyadan hasilatı hər kəsdən çox azaltmasını tələb edib. Daha doğrusu, Səudiyyə Ərəbistanı Rusiyadan tələb edir ki, birtərəfli qaydada hasilatı sutkalıq 1.5 milyon barel azaltsın.

 

Tərəflər ümumilikdə, hasilatın sutkalıq 10 milyon barel azaldılması məsələsi ətrafında razılığa gəlsələr də, əsas problem bu həcmin bölüşdürülməsi zamanı yaranıb.

 

Səudiyyə Ərəbistanı öz kvotasının üç, BƏƏ, İraq və Rusiyanın kvotasının isə 1.5 milyon barel azaldılmasını tələb edir. Lakin bu zaman hazırkı hasilat səviyyəsinin əsas götürülməsi təklif edilir.

 

Belə ki, Ər-Riyad hasilatı 9.8 milyon bareldən 12.3 milyon barelə qaldırıb. Bu isə o deməkdir ki, ölkə hasilatını cəmi 0.5 milyon barel azaltmağı təklif edir. Hasilat həmçinin, BƏƏ və İranda da artırılıb.

 

Rusiya isə aprel ayında hasilatı artırmayıb və 11.2 milyon həddini qoruyub saxlayıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar