Aleksandr Lukaşenko: Koronavirusa yoluxanları şəxsən müalicə etməyə hazıram

Oxunma sayı: 365
Dünya       7 Aprel 2020, 20:25
Aleksandr Lukaşenko: Koronavirusa yoluxanları şəxsən müalicə etməyə hazıram

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ölkədə koronavirusa yoluxanları şəxsən müalicə etməyə hazır olduğunu bildirib.

 

Azmedia.Az Trend-ə istinadən bildirir ki, o, bunu hökumətin iclası zamanı deyib.

 

A.Lukaşenko bu məsələni səhiyyə naziri ilə müzakirə etdiyini deyib:

 

"Zərurət yaranarsa, ikimiz də xəstəxanaya gedib işləməyə hazırıq. Amma hələlik buna ehtiyac yoxdur".

 

Prezident əlavə edib ki, dövlət virusa yoluxanları sağaltmaq üçün əlindən gələni etməyə hazırdır.

 

Qeyd edək ki, bu günədək Belarusda 700 nəfər koronavirusa yoluxub, 13 nəfər həyatını itirib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar