Oğlanın valideynləri onun dul qadınla evlənməsinə razı deyillərsə, oğlan nə etməlidir?

Oxunma sayı: 526
Din       7 Aprel 2020, 23:15
Oğlanın valideynləri onun dul qadınla evlənməsinə razı deyillərsə, oğlan nə etməlidir?

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

İslam qanunlarına görə, subay oğlanın dul (ərindən boşanmış və ya əri ölmüş) qadınla evlənməsi və ya subay qızın dul kişiyə ərə getməsi günah deyil, tamamilə icazəli hərəkətdir. 

 

Hətta İslam böyüklərinin bəzilərinin həyatına baxdıqda bu cür halların şahidi oluruq. Lakin evlilik zamanı bir-birinə tay (şəriətdə buna küfüv deyirlər) olmaq şərtini qorumaq da lazımdır. Oğlan ailə qurarkən öz seçiminə əməl etməkdə ixtiyar sahibidir, bakirə qızdan fərqli olaraq, subay oğlanın evlilik zamanı atadan icazə alması lazım deyil. 

 

Bununla belə, valideynlərin razılığını və xeyir-duasını almaq da faydalıdır. Əgər oğlanın valideynləri onun dul qadınla evlənməsinə razı deyillərsə, oğlan onlarla danışmalı, öz seçiminin doğru olmasına onları inandırmağa çalışmalıdır. Valideynin razılığı ilə qurulan ailə daha xoşbəxt və bərəkətli olar.(Milli.az)

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar