“Kobra Pərviz” “Survivor”dan uzaqlaşdırıldı - VİDEO

Oxunma sayı: 550
Yerli       8 Aprel 2020, 13:49
“Kobra Pərviz” “Survivor”dan uzaqlaşdırıldı     - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Türkiyədə, eləcə də Azərbaycanda maraqla izlənilən  "Survivor” yarışmasını bu dəfə idmançı Pərviz Abdullayev tərk edib.

 

Azmedia.az  sfera.az-a  istinadən  xəbər verir ki,  səs vermə nəticəsində adı çəkilən kikboks üzrə 6 qat dünya çempionu yarışmanı uduzub. 

 

 "Məşhurlar” komandasının iştirakçısı olan həmyerlimiz SMS səsverməsində 6-cı yerdə qərarlaşaraq yarışmadan uzaqlaşdırılıb.

 

Qeyd edək ki, yarışmanı tərk edən iştirakçılar adadan ölkələrinə geri dönə bilmirlər. Buna səbəb koronavirusun yayılmasının qarşısını almaq üçün Dominikan Respublikasının sərhədi bağlamasıdır. Pərvizin nə vaxt Azərbaycana qayıdacağı isə bəlli deyil.

 

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar