İran Heydər Əliyev Mərkəzinin koronavirusla mübarizədə dəstəyini yüksək qiymətləndirib

Oxunma sayı: 454
Siyasət       8 Aprel 2020, 16:12
İran Heydər Əliyev Mərkəzinin koronavirusla mübarizədə dəstəyini yüksək qiymətləndirib

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

İran Heydər Əliyev Mərkəzinin bu ölkəyə koronavirusla mübarizədə göstərdiyi dəstəyini yüksək qiymətləndirib.

 

Azmedia.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyinin "Twitter" səhifəsində deyilir.

 

Məlumatda deyilir ki, İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Azərbaycan hökumətinin iranlılarla həmrəylik nümayiş etdirməsini yüksə qiymətləndirib.

 

Qeyd edək ki, aprelin 7-də Heydər Əliyev Mərkəzinin binası üzərində İran İslam Respublikasının bayrağı videoproyeksiya olunub.

 

"COVID-19" pandemiyasının yayılmasına qarşı Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq virusdan zərərçəkən dövlətlərin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq incilərindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilir. Ölkələrin adının ingilis dilindəki əlifba ardıcıllığına uyğun olaraq hər gün bir dövlətin bayrağı bina üzərində təqdim olunur.

 

Bununla Heydər Əliyev Mərkəzi "COVID-19"un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar