"Xanıma deyirəm ki, gəl "hindiyski" görüşək" - Rasim Balayev

Oxunma sayı: 131
Mədəniyyət       8 Aprel 2020, 18:43
"Xanıma deyirəm ki, gəl "hindiyski" görüşək"     - Rasim Balayev

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

İki ay əvvəl Türkiyədə əməliyyat olundum. 1 aydır Bakıya qayıtmışam. Yaxşı vaxtında qayıtdım. Yoxsa indi orada əziyyət çəkərdim. Bəşəriyyəti saran bir virus yayılıb. Oxuyuram, bütün dünyada virusun əlacı axtarılır. Hələ də vaksin tapılamyıb.

 

Azmedia.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Rasim Balayev "Səni axtarıram" verilişində deyib. Aktyor karantin günlərini necə keçirməsindən söz çıb. O, insanlara səslənərək, onları evdə oturmağa çağırıb:

 

"Təəssüf edirəm ki, insanların çoxu qulaqardına vurur. Baxıram, yaxınlaşıb söz deyirlər, əli ilə itələyir. Siqareti çəkərək, özünə ziyan edirsən. Amma buna yoluxsan, nə qədər adama ziyan vurursan, olursan virus. Mən də evdən çıxmaq, mağazaya getmək, qohumlarla görüşmək istəyirəm. Amma edə bilmirəm, oturmuşam evdə, kitab oxuyuram.

 

Bəlkə də bu Allahın sınağıdır. Papağını qoy qabağına düşün, səhvlərini fikirləş, özünə hesabat ver. Bəzisi deyir ki, 65 yaşım yoxdu, immunitetim var, mənə heç nə olmaz. Axı bu virus 15 yaşında gəncdə, körpə uşaqda da olur.

 

Xanımla da ayrılmışıq, o, o biri otaqdadır, mən bu biri (gülür). O gün xanıma deyirəm ki, gəl hindiyski görüşək. Ağıllı millətdir, əvvəldən bilirmişlər koronavirus olacaq, uzaqdan görüşürmüşlər. Biz isə qucaqlaşırıq, öpüşürük".

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar