“Tibbi tullantıların utilizasiyasına ciddi nəzarət olunur”

Oxunma sayı: 587
Ölkə       8 Aprel 2020, 17:02
“Tibbi tullantıların utilizasiyasına ciddi nəzarət olunur”

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə Respublika ərazisində fəaliyyət göstərən xəstəxana və müvəqqəti yaradılan düşərgələrdə formalaşan təhlükəli tibbi tullantıların qanunvericiliyə uyğun idarə olunmasına nəzarət edilir.
 

Təhlükəli Tullantılar Poliqonunun direktoru Firuddin Əliyev jurnalistlərə bildirib ki, təhlükəli tibbi tullantıların normalara uyğun utilizasiyası məqsədilə tibb müəssisələrinə xüsusi torbalar və konteynerlər paylanılıb.


"Tibbi tullantılar təhlükəlilik kateqoriyasına görə çeşidlənir və xüsusi ayrılmış avtomobillərlə daşınaraq xüsusiləşdirilmiş müəssisələrin insinerator qurğusunda yandırılma üsulu ilə zərərsizləşdirilir


Daşınmadan sonra avtomobillər dezinfeksiya olunur.


Yandırılma zamanı əmələ gələn kül Təhlükəli Tullantılar Poliqonunun ərazisində xüsusi ayrılmış yerlərdə basdırılır.

 

Nəzarət və utilizasiya prosesinin təşkili tədbirləri tərəfimizdən davam etdirilir".
 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar