“Kaş ki, xoşbəxt olardın, bədbəxtsən” - Röyadan Natavana cavab - VİDEO

Oxunma sayı: 206
Yerli       8 Aprel 2020, 23:23
“Kaş ki, xoşbəxt olardın, bədbəxtsən”     - Röyadan Natavana cavab - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"Heç vaxt heç bir qadın haqda danışmıram. Fikirləşməmişəm ki, hansısa qadını kimdənsə ayırım. Bunlardan uzağam. Dəli kimi söz deyə bilərəm, o qız ağlayar. Biriylə davam olarsa, orada da bitər. Ona görə də yaxşı qız kimi yaddaşda qalıram".

 

Azmedia.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan AzTV-də yayımlanan "Sözüm var" proqramında deyib.

 

O, aparıcı Aydan Axundzadənin "Son zamanlar müğənnilər sizinlə bağlı keçmişdəki hadisələri gündəmə gətirirlər" sualına isə müğənni belə cavab verib:

 

"Bugünkü həyatları yoxdur, ona görə... Bu yaxınlarda bir hadisə oldu. O qızın müsahibəsinə baxdım. Dedim ki, Allah səni xoşbəxt etsin, kaş ki, edərdi. Qadın xoşbəxt olmalıdır ki, aqressivləşməsin. İşi, uğuru, qazancı olmalıdır. Bəlkə də, daha böyük uğur arzu edirdilər, amma çata bilmədilər. Elə ağılsız sözlər danışırlar ki... Deyə bilərsən ki, sizə qarşı vəfasızam. Səni yoxlamamışam, gəlib-getməmişəm küsmüsən. Bu, sənin bədbəxtliyindir. Mən də ona xoşbəxtlik arzu edirəm".

 

Qeyd edək ki, sonuncu dəfə müğənni Natavan Həbibi "Söhbətsiz" proqramında R.Ayxan haqda bu sözləri işlətmişdi:

 

"Bizdə barışmaq söhbəti olmayıb. Bunlar son vaxtlar belə danışmağa başlayıblar. "W Trio" ona görə dağılıb ki, münasibətimiz pozulub. 2002-ci ildə elə dalaşmışıq ki, qrupumuz dağılıb. Siz hansı münasibətdən, dostluqdan danışırsınız? Vaqif Gərayzadə kimi şəxsiyyət bizə mane ola bilmədi. Mənə qarşı Röya və Elnarə tərəfindən elə şeylər olunub ki... İndi danışmayacam, amma vaxtı var. Biz artıq işləyə bilməzdik. Aramız tamamilə pozulmuşdu. Sonuncu toya gedəndə düşmən kimi getmişik. Eyni səhnədə bir-birimizə nifrət edə-edə oxumuşuq.

 

Onlara görə söhbət ciddi deyildi. Ancaq mənim şəxsi həyatımı alt-üst etdilər. Bunlar deyiblər, hamı elə bilir ki, özündən razıyam. Amma nə var, nə yox? Kim neyləyib? Nəyə görə belə cavab vermişəm, nələr olub? Bunu bilən yoxdu. Görürəm ki, yavaş-yavaş danışmaq lazımdı. Çünki çox oldular. Hərəsi böyük-böyük danışır. Bilirəm ki, kim nəyə layiqdir, nəyə qadirdir, qabında nə var. Kim peşəkardır,  kim təsadüfən bu səhnəyə düşüb? Əgər biz peşəkarlığa görə mükafat alırıqsa, gəlin peşəkarlıqdan söhbət edək. Ötəri "Yaxşı mahnıları var" deməyək, danışmırıqsa, biz də təbrik etdik, sevindik...".

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar