Türk professor: “Virusa yoluxan ilk 50 nəfəri öldürməliydik” - FOTO

Oxunma sayı: 229
Dünya       8 Aprel 2020, 22:42
Türk professor: “Virusa yoluxan ilk 50 nəfəri öldürməliydik”    - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Zaman keçdikcə koronavirus bəşəriyyət üçün daha böyük təhlükəyə çevrilir. Virusa yoluxanların sayı 1,5 milyona yaxınlaşır. Ölənlərin sayının 100 minə çatmasına çox qalmayıb.


Azmedia.az Sfera.az-a istinadən xəbər verir ki, Türkiyənin Halk TV telekanalına müsahibə verən professor Əli Dəmirsoy qalmaqal doğura biləcək ifadələr işlədib. "Virusa yoluxan ilk 50 nəfəri öldürməliydik”, - elm adamı belə deyib.
 

"İndiki zaman siyasət” adlı proqrama canlı qoşulan Əli Dəmirsoy koronavirusla bağlı fikrini bildirib. Onun fikrincə, Çin virusa yoluxan ilk 50-60 nəfərlə bağlı qəti tədbirlər görməliydi. Professor deyir ki, həmin virus daşıyıcıları ya uzaq adaya aparılmalı, ya da öldürülməliydi.


Bioloq alim hesab edir ki, pandemiya hələ uzun müddət qorxu küləyi əsdirəcək. Dəmirsoy 1 milyona qədər insanın öləcəyini proqnozlaşdırır. Elm adamı deyir ki, bu qədər adamın tələf olmasındansa, 50 nəfər öldürülməsi yaxşıdır.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar