Tramp: "Proqnoza görə, ABŞ-da koronavirus səbəbindən 100 mindən də az adam öləcək"

Oxunma sayı: 914
Dünya       11 Aprel 2020, 10:03
Tramp: "Proqnoza görə, ABŞ-da koronavirus səbəbindən 100 mindən də az adam öləcək"

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

ABŞ rəsmiləri öz hesablamalarında dəyişiklik ediblər və düşünürlər ki, koronavirus pandemiyasının yayılması 100 mindən də az amerikalının ölümünə səbəb olacaq.

 

Azmedia.az APA-ya istinadən xəbər verir ki, bu barədə prezident Donald Tramp brifinq zamanı deyib.

 

“Bundan əvvəl düşünürdülər ki, heç bir iş görülməyəcəyi təqdirdə ölənlərin sayı ilə bağlı rəqəm minimum 100 mindən 225 minədək olacaq və 2,2 milyona qədər artacaq. Baxaq görək nəticədə necə alacaq, ancaq hazırda görünür ki, bu, 100 mindən də az olacaq”, - deyə Tramp bildirib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar