Türkiyədə koronavirus xəstəsi hər kəsi intihar edəcəyi ilə hədələyib xəstəxanadan qaçdı - FOTO/VİDEO

Oxunma sayı: 794
Dünya       11 Aprel 2020, 19:36
Türkiyədə koronavirus xəstəsi hər kəsi intihar edəcəyi ilə hədələyib xəstəxanadan qaçdı     - FOTO/VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Türkiyədə bir nəfər şüşə parçasını boğazına dayayaraq, intihar hədəsi ilə koronavirusdan müalicə aldığı xəstəxanadan qaçıb.

 

Azmedia.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Adana şəhərində qeydə alınıb.

 

Bildirilir ki, Hamit S.  bir həftə əvvəl yüksək qızdırma ilə xəstəxanaya çatdırılıb. Aparılan analizlər zamanı koronavirus testinin cavabı müsbət çıxıb. Bu səbəbdən xəstəxanaya yerləşdirilib. Lakin o, sübh tezdən qaldığı palatanın pəncərəsindən qırdığı şüşəni boğazına dayayaraq, ona yaxın gələcəkləri halda  intihar edəcəyini deyib və xəstəxanadan qaçıb.

 

Lakin aparılan əməliyyat nəticəsində onu saxlamaq mümkün olub. O, yenidən xəstəxanaya yerləşdirilib.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar