"Azərsu” rəsmisi evlərə filter aparanları tənqid etdi:

Oxunma sayı: 328
Açıqlama       11 Aprel 2020, 20:53
"Azərsu” rəsmisi evlərə filter aparanları tənqid etdi:

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"Şükürlər olsun ki, bu günə kimi o cür problemlər yaşanmayıb. Bəzi insanlar gedib evlərə filterlər satırlar hansı ki, onların heç bir ali təhsili yoxdur, kimya, biologiyanı normal səviyyədə bilmirlər".

 

Bu barədə Azmedia.az-a açıqlamasında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı deyib.

 

Onun sözlərinə görə, içməli suyun keyfiyyət göstəricisinə xidmət göstərən təsisatçı qurum olaraq Azərsu cavabdehlik daşıyırsa burada artıq Dövlət nəzarətinin Səhiyyə Nazirliyinin Gigiyena və Epidimialogiya mərkəzi həyata keçirir:

 

"Azərsu Səhmdar cəmiyyəti olaraq bəyan edirik ki, bu gün istər Bakı şəhəri, bütünlükdə Abşeron yarımadasında, regionlarda bizim insanlara verdiyimiz su tam içmə standartlarına uyğundur. İçməli suyun keyfiyyət göstəricisinə xidmət göstərən təsisatçı qurum olaraq Azərsu cavabdehlik daşıyırsa burada artıq Dövlət nəzarətinin Səhiyyə Nazirliyinin Gigiyena və Epidimialogiya mərkəzi həyata keçirir. Yəni onlar da mütəmadi olaraq bizim suyumuzdan nümunələr götürürlər, yoxlayırlar. Əgər suda hər hansı bir kənar hal aşkar edilərsə, onlar bu suyun verilməsinin dayandırılması və problemin aradan qaldırılması haqqında qərar qəbul etmək hüquqları var. Şükürlər olsun ki, bu günə kimi o cür problemlər yaşanmayıb. Bəzi insanlar gedib evlərə filterlər satırlar hansı ki, onların heç bir ali təhsili yoxdur, kimya, biologiyanı normal səviyyədə bilmirlər. Azərsunun verdiyi suyu pisləməklə öz filterlərini satmaq istəyirlər. Əslində isə onların satdığı bu aparatların böyük əksəriyyəti hətta 90 faizi "Əks ormos" filterləridir. Yəni filterlərin funksiyası dəniz suyunun şirinləşdirilməsidir. Bu da suyun tərkibindəki bütün mineralları tutub saxlayır. Onlar bəyan edirlər ki, suyun tərkibində ümumi həll olunmuş duzların miqdarı 60-dan yuxarı olarsa, həmin su içməyə yararsızdır. Əslində bu göstəricini belə düzgün bilmirlər. Ümumi həll olunmuş duz miqdarı dedikdə, sadəcə suyun çirklilik dərəcəsini nəzərdə tuturlar. Düşünmürlər ki, bu duzları suyun tərkibində saxlamaqla, həmin suyu içən insanlara çox böyük ziyanı var. Əsas da uşaqlara, çünki onlar inkişaf dövründədirlər. Onların bədəninə kalium, kalsium, maqnezium və digər minerallar lazımdır. Bu mineralların da böyük bir qismi suda olur. Digər qeyd etmək istədiyim məqam isə, həmin filterlərin özünə 3-6 aydan bir qulluq lazımdır. Süzgəcləri dəyişdirilməlidir. Çox vaxt isə buna əməl olunmur. Bunun özü də əlavə bir çirklənmə mənbəyidir. Sağlamlıq üçün problemlər yaradır. Əhalimizin nəzərə çatdırmaq istəyirəm ki, Azərsunun əhaliyə verdiyi suda heç bir problem yoxdur. Rahat şəkildə bu sudan istifadə edə bilərlər. Mən hər zaman insanlara deyirəm, əgər içmək üçün filter suyundan istifadə edirsinizsə, bizim su çirklidirsə o zaman yuyunanda, dişinizi fırçalayanda, paltarlarınızı yuyanda niyə istifadə edirsiniz? Əgər suda problem olsa dişinizi fırçaladığınız üçün de sizin səhhətinizdə problemlər yaranar. Yuyunanda da bədəninizə zərəri toxunar. Əgər belə hallar ilə rastlaşmırıqsa demək ki, rahat şəkildə bu sudan istifadə etmək olar. Çünki Azərsunun əhaliyə verdiyi su tam standartlara uyğundur. Bu səbəbdən də heç bir problem baş verə bilməz. İnsanları rahat, güvənli şəkildə bu sudan istifadə etməyə çağırıram".

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar

Son 12 saatda yüklənən xəbər yoxdur