Türkiyədən Azərbaycana sitrus meyvələrinin ixracı azalıb

Oxunma sayı: 682
İqtisadiyyat       15 Aprel 2020, 11:08
Türkiyədən Azərbaycana sitrus meyvələrinin ixracı azalıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

2020-ci ilin martında Türkiyədən Azərbaycana sitrus meyvələrinin ixracı 2019-cu ilin martı ilə müqayisədə 11 faiz azalıb.

 

Azmedia.Az xəbər verir ki, bunu Trend-ə Türkiyənin Meyvə-Tərəvəz İxracatçıları Birliyindən deyiblər.

 

Məlumata əsasən, ötən ay Türkiyə Azərbaycana 3,466 min ton sitrus meyvəsi ixrac edib.

 

Bu, Türkiyənin ümumi sitrus ixracının 3 faizini təşkil edir.

 

Mart ayında Türkiyədən Azərbaycana ixrac olunan sitrus meyvələrinin ümumi məbləği 1,3513 milyon dollara bərabər olub. Bu, 2019-cu ilin martı ilə müqayisədə 4 faiz azdır.

 

Ötən ay Türkiyə dünya bazarlarına 178,866 milyon dollar məbləğində meyvə və tərəvəz ixrac edib ki, bu da 2019-cu ilin martı ilə müqayisədə 25 faiz çoxdur.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar