Sms gəlməyən vətəndaşlar nə etməli? - Məşğulluq Xidmətinin rəsmisi ilə ÖZƏL MÜSAHİBƏ (FOTOLAR)

Oxunma sayı: 9388
Müsahibə       16 Aprel 2020, 20:41
Sms gəlməyən vətəndaşlar nə etməli?           - Məşğulluq Xidmətinin rəsmisi ilə ÖZƏL MÜSAHİBƏ (FOTOLAR)

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"ASAN imzası və elektron imzası olmayan şəxslər yenə sosial portal üzərindən online müraciət bölməsində qeydiyyatdan keçə bilərlər. Bu daha sadələşdirilmiş üsuldur və heç bir əlavə qeydiyyat proseduru tələb olunmur".

 

Bu barədə Azmedia.az-a Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı özəl müsahibəsində bildirib.

 

- İşsiz kimi qeydiyyatdan necə keçməli?

 

- Vətəndaş işsiz kimi elektron sistem üzərindən qeydiyyatdan keçməlidir. Bunun üçün 3 üsul var. Həmin üsullar bunlardır. Sosial.az portalına daxil olub, orda elektron xidmətlər bölməsində vətəndaşların işsiz və ya iş axtaran kimi qeydiyyata alınması, qeydiyyatdan çıxarılması bölməsini seçir. Bölməyə daxil olduqdan sonra vətəndaşların FİN nömrəsi, ASAN imza və elektron imzası tələb olunur. ASAN imzası və elektron imzası olmayan şəxslər yenə sosial portal üzərindən online müraciət bölməsində qeydiyyatdan keçə bilərlər. Bu daha sadələşdirilmiş üsuldur və heç bir əlavə qeydiyyat proseduru tələb olunmur. Vətəndaş şəxsiyyət vəsiqəsinin nömrəsini, FİN kodu qeyd edir, daha sonra digər məlumatları da yerləşdirdikdən sonra onub müraciəti tamamlanmış olur. 

 

- İnternetə çıxışı olmayan işsiz insanlar necə qeydiyyatdan keçə bilər?

 

- Ümumiyyətlə elektron sistem üzərindən bunu həyata keçirə bilməyən vətəndaşlar isə yaşadıqları rayon, şəhər üzrə məşğulluq idarəsinə müraciət edərək qeydiyyatdan keçə bilərlər. Bu karantin dövrü üçün olan məsələdir. Artıq normal iş rejiminə dönəndə də vətəndaşlar məşğulluq mərkəzinə yaxınlaşaraq işsiz kimi qeydə alınır. İşsiz vətəndaşa 5 gün müddətində münasib iş tapmadıqda artıq həmin şəxsə işsiz statusu verilir. 

 

- Birdəfəlik yardımlar kimlərə veriləcək?

 

- Birdəfəlik ödəmə Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyatdan keçən şəxslərə şamil olunur. İş axtaran şəxslər yəni, məşğulluq haqda qanuna əsasən məşğul şəxs hesab olunan şəxslərə birdəfəlik ödəmə şamil olunmur. Vətəndaş işsiz kimi qeydiyyatda olunmalı və məşğulluq haqqında qanuna əsasən o məşğul şəxs hesab olunmamalıdır. 

 

- Birdəfəlik ödəmələr vətəndaşa necə ödəniləcək?

 

- Birdəfəlik ödəmələr poçt və yaxud bank filialları vasitəsilə ödəniləcək. Ödəmə təyin olunduqdan sonra ödəmə hüququ yaranır ki, bu da ya bank filialına yaxud poçt vasitəsilə köçürülür. Daha sonra isə vətəndaşa sms göndərilir ki, sizə ödəmə təyin olundu, Azərpoçtun filiallarına yaxınlaşaraq həmin ödəməni ala bilərsiz. 

 

- Online qeydiyyat zamanı texniki problem çıxarsa nə etmək lazımdır?

 

- Ümumiyyətlə ilk dövrlərdə hansı ki, online qeydiyyat aparılırdı, düzdür, elektron portallarda yüklənmə olduğu üçün baş verə bilirdi. Buna səbəb müraciətlərin həddən ziyadə çox olması idi. Hazırda isə online sistem üzərində heç bir yüklənmə, gecikmə yoxdur. Vətəndaş rahat şəkildə öz qeydiyyatını həyata keçirə bilir. Baxın, bu texniki bir məsələdir. Ola bilər ki, vətəndaşın internetə çıxışı yoxdur, yaxud interneti yaxşı işləmir, bu zaman o məşğulluq mərkəzi ilə əlaqə saxlaya bilər. 

 

- Birdəfəlik yardım üçün müraciət edən şəxslərə neçə gün müddətində təsdiq cavabı gəlir?

 

- İşsiz kimi birdəfəlik yardım üçün müraciət edən şəxslər ilk öncə araşdırılır, məlumatları online sistemdə emal olunur ki, həmin şəxsə işsiz statusu vermək münkündürmü? Artıq işsiz statusu müəyyən edildikdən sonra ödəmə edilməsi üçün araşdırma aparılır. Müraciətlərin sayı çox olduğuna görə bu biraz vaxt aparan prosesdir. Buna görə vətəndaşlar səbrli olsunlar, biraz gözləmək tələb olunur. Bəzi vətəndaşlar öz məlumatlarını ora natamam yerləşdirirlər. Məlumatların tamamlanması da vaxt aparır. 

 

- İşsiz statusu aprel ayının 1-nə qədər olan vətəndaşlar birdəfəlik yardım almaq istəyirsə, onlar yenidən qeydiyyatdan keçməlidir ya onlara da yardım düşür?

 

- Yenidən qeydiyyata ehtiyyac yoxdur. 1 aprel 2020ci ilə qədər işsiz statusu alan şəxslərin birdəfəlik yardım alması üçün onlar haqqında elektron sistemdə avtomatik araşdırma aparılır. 


- Birdəfəlik yardımın müddəti haqda dəyişiklik varmı?

 

- Xeyr. Birdəfəlik yardım yalnız aprel və may ayları üçün nəzərdə tutulub. Hələlik bu haqqda heç bir dəyişiklik gözlənilmir.

 

Sara Babakişiyeva

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar