"Prezident İlham Əliyev bildirdi ki, dövlət büdcəsində şişirdilmiş məbləğlər araşdırılsın" - FOTO

Oxunma sayı: 436
Açıqlama       21 Aprel 2020, 14:57
"Prezident İlham Əliyev bildirdi ki, dövlət büdcəsində şişirdilmiş məbləğlər araşdırılsın"    - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

15 aprel 2020 il tarixində Sosial İqtisadi göstəricilərinə həsr olunmuş Prezidentin yanında müşavirə keçirilib. Bu müşavirə online olaraq baş tutub. Ölkə başçısı bir neçə məsələyə toxunub. Onlardan biri, ölkəmizdə koronavirus pandemiyasının gətirdiyi izolyasiya prosesləri çərçivəsində ölkə iqtisadiyyatına zərərlərin minimumlaşdırılması və yarana biləcək hər hansı bir şokların önlənməsi üçün görüləcək tədbirlərin maliyyə təminatının verilməsi məsələsi. Burada ölkə başçısı Maliyyə Nazirliyinə göstəriş verdi ki, dövlət müəssisələrində 2-3-cü dərəcəli layihələrin həyata keçirilməsinə bir daha baxılsın, onların bəziləri indiki dövr üçün dayandırılsın, gələcəkdə yenidən planlaşdırılsın. Həmçinin dövlət investisiya vəsaitlərinin yenidən baxılması məsələsi qaldırılıb ki, o investisiya məsələləri üzrə nəzərdə tutulan məbləğlərin bir hissəsi indiki dövrdə koronavirus pandemiyası ilə mübarizəyə sərf olunsun.

 

Qeyd edək ki, ümumiyyətlə bu il pandemiya ilə bağlı mübarizə məsələlərinə 2,5 mlyd manat vəsait ayrılıb. Bununla yanaşı olaraq, sırf koronavirus pandemiyası tibbi, yoluxmaların aradan qaldırılması baxımından həyata keçirilən tədbirlərə isə ilk olaraq 97 mlyn manat, daha sonra isə 150 mlyn manat ayrılması planlaşdırılır. Bu ümumilikdə 3 mlyd manat vəsait deməkdir. Ölkə başçısı həmin tədbirdə əsas vurğuladığı məsələ dövlət büdcəsində xərclərə nəzarətin gücləndirilməsidir. Xüsusən də bir başa qeyd edilib ki, şişirdilmiş rəqəmlər ilə təqdim olunan layihələrə təkrar baxılsın. Bu şişirdilmiş rəqəm nədir? Yəni bəzi qurumlar büdcədən vəsait almaq üçün müəyyən təkliflər verdiyi zaman, real qiymətdən qat-qat çox şişirdilmiş təkliflər verirlər. Ona görə də başçımız sırf bu məsələni xüsusilə vurğulayıb.

 

Şişirdilmiş qiymətlərin ən çox təzahür etdiyi sahə "Tender"lərdir. Keçirilən tenderlərdə qalibin kim olması, xərclərin miqdarı, xərclər ayrıldıqdan sonra qalan vəsaitə nəzarət olunması, yenidən dövlət büdcəsinə qaytarılması. Yaxud əvvəlcədən bu layihələr üçün xərclərin real qiymətinin müəyyənləşdirilməsi və yazılan yox, zəruri olan xərclərin ödənilməsi nəzərdə tutulur. Qənaət olunmuş vəsait isə indiki dövrdə pandemiya ilə mübarizəyə, tibbi ehtiyyaclara yönəldilsin. Ölkədə koronavirus pandemiyasının iqtisadiyyata təsirinin minimuma endirilməsi ilə bağlı olaraq, ölkə başçısı 19 mart 2020ci ildə imzaladığı fərmana əsasən Nazirlər Kabineti tərəfindən də 4 aprel tarixində tədbirlər planı təsdiq olunub. Bu çərçivədə həyata keçirilən işlərdən biri sahiblarlıq subyektlərinə dəstəyin göstərilməsidir. Bu da ondan ibarətdir ki, bu gün qeyri-neft, qeyri-dövlət sektorunda çalışan və pandemiya təsirinə birbaşa məruz qalan müəssisələrdə, xüsusən də bu hüquqi müəssisələrdə çalışan üç yüz minə yaxın muzdlu işçinin əmək haqqını dövlət hesabına bir hissəsinin ödənilməsi məsələsidir. Yəni bu günki günə olan müddətə 32 min sahibkarlıq subyekti müraciət edib. Bunların da içərisində 20 min-i fiziki şəxslərdi, yəni VÖEN ilə işləyənlər. 12 min-dən artığı isə hüququ şəxslərdir. Bu günə olan məlumata əsasən, 10 min-dən çox hüququ şəxsin müraciətinə baxılıb. 143 min-ə muzdu işçi çalışır ki, onlara dəstəyin verilməsi üçün orta hesabla 44 mln manat ayrılıb.

 

Hal-hazırda onun ilkin tranşı 22 mln manat olaraq Maliyyə Nazirliyi tərəfindən köçürülərək, qurumlara bildirişlər verilib. Fiziki şəxs qismində çalışan, VÖEN ilə işləyən şəxslərə də həmçinin yardımların verilməsi nəzərdə tutulur ki, onların 2019-cu il ərzində göstərdiyi iqtisadi fəaliyyətdə əldə etdikləri gəlirə görə ödədikləri sadələşdirilmiş və mənfəət vergisi üzrə ödədikləri verginin dövlət hesabına onlara qaytarılmasıdır. Burada da kim ki, 250 manat vergi ödəyibsə ilə ərzində ona 250 manat veriləcək. Kim ki, daha çox vergi ödəyibsə o ödediyi məbləğ ona qaytarılır. Bu max 5 min manat ola bilər. Artıq, bununla bağlı olaraq, 32 min sakibkar içərisinədə 20 min də fiziki şəxs müraciət edib ki, bunların da hardasa 18 min nəfərin müraciəti müsbət qəbul olunub. Onlara vəsaitin verilməsinə də başlanılıb. Qeyri-rəsmi,müqaviləsiz işləyən işçilərin məşğulluğa işsiz kimi müraciət etmələri ilə əlaqədar onlara da ödəmələr edilib. O cümlədən təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələrə də 40 mln manat dövlət büdcəsindən vəsait ayrılıb. Hal-hazırda işsiz olub, müəyyən əmək qabiliyyətinə malik olan şəxslərə dövlət iş verir, məsələn dezinfeksiya işlərinə cəlb etməklə, yaxud ahılllara qidaların çatdırılması, onlara qulluq edilməsi, sosial işlərə cəlb olunması və s.. Ele vətəndaşlar ilə müqavilə bağlanır və əmək haqqı veriləcək ki, onların sayı 50 minə yaxındır. Özünə məşğulluq proqramı çərçivəsində 11 min şəxsə, bu il ərzində müxtəlif avadanlıq yəni, toxuculuq ilə məşğuldurlarsa toxucu dəzgahı, dərzidisə tikiş maşını, dərs keçmək istəyirsə komputer və s.. kimi şeylər verməklə onlara natural dəstək olundu. Tədbirlər nəticəsində kreditləşmə ilə bağlı kredit faizlərinə subsidiyaların edilməsi, vergi güzəştləri də planlaşdırılıb. Vergi güzəştlərinin əsası ondan ibarətdir ki, pandemiya dövründə, xüsusilə də qida sektorunda çalışan əhalinin, ərzaq təhlükəsizliyinin təmini məsələsində işləyən müəssisələr əhatə olunacaqdır. Qida məhsullarının, dərman preparatlarının ticarəti ilə məşğul olan şəxslərin idxal rüsumundan, əlavə dəyər vergisindən azad olunması, mənfəət vergi ödəyiciləri, sadələşdirilmiş vergi ödəyiciləri və s.. vergidə müəyyən güzəştlər olaraq nəzərdə tutulub. Bununla bağlı, aprelin 16-sı tarixində İqtisadiyyat Nazirliyi tərəfindən bunun mexanizmlərində işlənib, yekunlaşıb. Bu yaxınlarda ictimaiyyətə də açıqlanacaqdır. Bələdiyyə torpaqlarını, dövlət torpaqlarını icarəyə götürmüş sahibkarlar və qurumlar da ilin sonuna kimi vergidən azad olunacaq. Bütün bu aparılan tədbirlər zərərin minimuma endirilməsi üçündür. Əsas məsələlərdəb biri də, Azərbaycan iqtisadiyyatını "Post Koronavirus" dövrünə hazır vəziyyətə gətirməkdir. Yəni, dünyada rəqabət qabiliyyətli olan müəssisələr, dövlətlər daha çox realizə edə biləcəklər. Və rəqabət şəraiti indikindən daha kəskin tərəfli olması gözlənilir. Bu pandemiya dövründə istehsal sahəsi, tikinti sektoru, turizm sektoru və s.. dirçəldilməsi, inkişaf səviyyəsinin saxlanılması öndə duran məsələlərdən biridir.

 

Ruslan Atakişiyev

İqtisad üzrə fəlsəfə doktoru, İqtisadi resursların öyrənilməsi

 

Azmedia.az

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar

Son 12 saatda yüklənən xəbər yoxdur