İcazə xidməti ilə bağlı mühüm yenilik - Bu gündən qüvvəyə minir

Oxunma sayı: 567
Sosial       22 Aprel 2020, 09:38
İcazə xidməti ilə bağlı mühüm yenilik     - Bu gündən qüvvəyə minir

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"İcaze.e-gov.az"da ötən gündən etibarən yeni xidmət yaratdıq".

 

Azmedia.az xəbər verir ki, bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov AzTV-də yayımlanan "Hədəf" verilişində deyib.
Qurum rəhbəri bildirib ki, təşkilatlar icazəni portala daxil etdiklərində və ya icazə dayandırılanda bəzən bununla bağlı əməkdaşlarına ya məlumat vermirdilər, ya da bunu unudurdular. Bu isə əlavə problemlərə gətirib çıxarırdı. F.Cəfərov problemin aradan qaldırılması üçün yeni xidmətin yaradıldığını açıqlayıb:

 

"Belə olan halda həmin əməkdaşlar icazəsinin olmadığını polis postlarında öyrənirdi və cərimlənirdi. Bu olmasın deyə, icaze.e-gov.az-ı my.gov.az portalına inteqrasiya etdik. Artıq vətəndaşlar icazə ilə bağlı orada bildiriş alırlar. Əməkdaşlar şəxsi kabinetlərinə daxil olaraq icazəni görə bilirlər. Onlar hətta həmin icazəni yükləyə də bilərlər. Artıq onun üzərində "Brcode" və "QR code" imkanları da yaradılıb. Sabahdan etibarən Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həmin "QR code"ların xüsusi cihazlar vasitəsiylə oxudulmasıyla vətəndaşların daha sürətli şəkildə postları keçməsi təmin olunacaq. Bu, sabahdan qüvvəyə minəcək. My.gov.az-a artıq bildirişlər daxil olub, vətəndaşlar bunu görə bilərlər".

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar