Arzu Bağırova: "Prezidentimizə, onun apardığı siyasətə təşəkkürümü bildirirəm" - ÖZƏL (FOTOLAR)

Oxunma sayı: 777
Müsahibə       23 Aprel 2020, 14:14
Arzu Bağırova: "Prezidentimizə, onun apardığı siyasətə təşəkkürümü bildirirəm"       - ÖZƏL (FOTOLAR)

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"Cənab prezidentimizə, onun apardığı siyasətə təşəkkürümüzü bildirib, onun yanında olduq".

 

Bu barədə Azmedia.az-a Regional huquqi və İqtisadi marifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova özəl açıqlamasında bildirib.

 

"Dünyanı cənginə alan koronavirus pandemiyası ilə mübarizədə dövlətimiz zamanında və mühüm qərarları almaqla, aldığı qərarların arxasında duraraq, vətəndaşın təminatını, sağlamlığını düşünməklə, özünün iqtisadiyyatı, siyasəti, səhiyyəsi ilə güvənən dövlətlərə nümunə oldu. Təbii ki, biz də bu yöndə cənab prezidentimizə, onun apardığı siyasətə təşəkkürümüzü bildirib, onun yanında olduq. Bir təşkilat olaraq biz də, illik tutduğumuz fəaliyyət istiqamətimizin, aparacağımız, edəcəyimiz işlərimizin, keçirəcəyimiz layihələr ilə bərabər hamısını kənara qoyub, Operativ Qərargahın - "bütün kütləvi tədbirlərin təxirə salınması" çağırışına qoşulub, maarifləndirmə işimizə start verdik. Bu bizim fəaliyyətimizin əsas hissəsidir. Dövlətimiz lazım olan mühüm qərarları zamanında verdiyi üçün, biz bu mübarizədə digər dövlətlərə nümunəyik. İnanıram ki, pandemiyadan az zərər ilə ötüşəcəyik. İlk olaraq "evdə qal" kompaniyasına qoşulduq. Televiziya və agentliklər, vidro roliklər vasitəsi ilə çağırışlar elədik. Vətəndaşlara təkrar-təkrar söyləməkdə fayda var deyib, evdə qalmaqla həm özünüzü həm yaxınlarınızı qorumuş olursunuz. Biz təşkilat olaraq bölgələrimizə yardım məqsədi ilə tibbi maska, əlcəklər, dezinfeksiya edici məhlullar göndərdik. Bu şəhid və aztəminatlı ailələri əhatə elədi. Daha sonra "evdə qal,kitab oxu" aksiyasına qoşulduq. Bölgələrimizə 2000-dən çox kitab göndərdik, hansı ki, tariximiz, incəsənətimiz, mədəniyyətimizi, Qarabağ həqiqətlərini özündə əks etdirir".

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar