Müqəddəs Ramazan ayı başladı

Oxunma sayı: 465
Ölkə       25 Aprel 2020, 00:10
Müqəddəs Ramazan ayı başladı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bu gün, aprelin 25-i müqəddəs Ramazan ayının ilk günüdür.

 

Azmedia.az bildirir ki, bu il ölkə ərazisinin üfüqündə Ay hilalının görünməsinə uyğun olaraq Ramazan ayının 1-i miladi təqvimlə aprelin 25-nə təsadüf edib.

 

Ramazan ayının builki təqviminə görə Əhya gecələri (Qədr gecəsi) 12 may, 14 may, 16 may və 20 may tarixlərinə təsadüf edir. Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edəcək. Həmin gün Fitr (Ramazan) bayramıdır. Niyyət gecəsi aprelin 24-dən 25-nə keçən gecəyə düşür.

 

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 25-də Bakıda imsak saat 04:10, iftar isə saat 19:44-dədir.

 

Birinci günün duası:

 

"Allahumməc-əl siyami fihi siyaməs-saiminə və qiyami fihi qiyaməl-qaimin. Və nəbbihni fihi ən növmətil-ğafilin. Vəhəb li cürmi fihi ya ilahəl-aləmin. Və-fu ənni ya afiyən ənil-mücrimin".

 

Tərcüməsi:

 

"İlahi, mənim orucumu oruc tutanların orucundan, namazımı gecə-gündüz namaz qılanların namazından hesab et, məni qəflət yuxusundan oyat. Bu ayda günahımı bağışla, ey Aləmlərin Rəbbi. Məni əfv et, ey günahkarları əfv edən Allah!"

 

Allah orucunuzu qəbul etsin!

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar