Azərbaycanda daha 25 nəfər koronavirusa yoluxub, 67 nəfər sağalıb

Oxunma sayı: 510
Ölkə       25 Aprel 2020, 16:38
Azərbaycanda daha 25 nəfər koronavirusa yoluxub, 67 nəfər sağalıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Azərbaycan Respublikasında 25 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 67 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

 

Bu barədə Azmedia.az-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Hazırkı dövrədək ölkəmizdə 1617 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1080 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər vəfat edib, 516 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

 

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 120.479 test aparılıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar