Fariz Vəliyev: "Əsas məqsədim Azərbaycan həqiqətlərini dünyaya tanıtmaq olub" - FOTOLAR

Oxunma sayı: 791
Ölkə       1 May 2020, 19:17
Fariz Vəliyev: "Əsas məqsədim Azərbaycan həqiqətlərini dünyaya tanıtmaq olub"     - FOTOLAR

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Azmedia.az xəbər verir ki, Buta.ws-in növbəti qonağı Azərbaycan Gənclik Platformasının Sədri Fariz Vəliyev olub.

 

- İndiyə qədər hansı ictimai fəaliyyətləriniz olub?

 

Təhsil alarkən qarşıma qoyduğum əsas məqsədlərdən biri və ən əsası Azərbaycanımızın həqiqətlərini buradakı gənclərə tanıtmaqdan ibarət olub. Mən universitet təhsilimə başladıqdan sona ilk işim ingilis dilində Azərbaycan həqiqətlərini tanıtmaq olub. Yəni Azərbaycanın siyasi gücünü, iqtisadiyyatını, mədəniyyətini tanıtmaq üçün ingilis dilində məlumatlar çap etdirib tələbələrə paylayırdım. Daha sonra təhsil aldığım İstanbul Kültür Universitetində Azərbaycanlı tələbələrlə birgə bir çox təddbirlər həyata keçirmişik. Bunlarla yanaşı 2014-cü ildə Türkiyədə, Avropa ittifaqı tərəfindən təşkil olunan tədbirində könüllü kimi fəaliyyət göstərmişəm. Səfirliyimiz tərəfindən təşkil olunan bir çox tədbirlərdə iştirak etmişəm. Bakıda keçirilən I Avropa Oyunları  Əməliyyat Komitəsində işləmişəm. 2015-ci ildə  İstanbul Kültür Universitetinin Rektoru Sıdıka Semahat Demir tərəfindən ictimai fəaliyətimə görə diplomla təltif edilmişəm. Eyni zaman da təhsil aldığım universitetdə Azərbaycanlı tələbələrin koordinatoru olmuşam. 2019-cu ildə Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Oyunlarında işləmişəm. Hal hazırda BMT-nin Uşaq Fondu (UNİCEF), Avropa İttifaqının maliyyə dəstəyi, Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən həyata keçirilən “Azərbaycan Gənclərinə Dəstək Programın”da layihə koordinatoru vəzifəsində işləyirəm. Layihə 3 cəbhəyanı regionda həyata keçirilir (Bərdə, Tərtər, Goranboy). Layihənin əsas məqsədi Azərbaycanda yeniyetmə və gənclərin əksəriyyəti öz həyatları üçün doğru qərarlar verməkdə çətinlik çəkirlər. Xüsusi şərtlər və marjinal qruplardan olan yeniyetmələr daha həssasdırlar. Məsələn, məcburi  köçkün şəhərciklərində yaşayanlar, ucqar rayonlarda, kəndlərdə yaşayan fiziki məhdudiyyəti olanlar. Gənclərin yeni bacarıqlarını inkişaf etdirmək, yaxşı təhsil əldə etmək, iş imkanlarını artırmaq, biliklərini genişləndirmək, yerli idarəetmə orqanları ilə münasibətləri təkmilləşdirməkdir.


- Pandemiya dövrü işinizə bir əngəl törətdimi?

 

Əlbəttə hər bir Azərbaycan vətəndaşı kimi Koronavirus (COVİD-19) Pandemiyasını mən də hiss etdim. Lakin Cənab Prezident İlham Əliyev və ölkənin Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın xalqa etdikləri çağırışlar və ölkədə görülən qabaqlayıcı tədbirlər yaranan əngəllərdən rahar çıxmağımıza şərait yaratdı. Biz, gənclərin borcu dövlət siyasətini dəstəkləmək və vətəndaş olaraq əlimizdən gələni əsirgəməməkdir. Biz, Azərbaycan Gəncləri Sizi həmişə dəstəkləmişik və daim dəstəkləyəciyik. Çünki biz birlikdə güclüyük və ölkə olaraq Koronavirus sınağından  üzüağ cıxacağıq.


 - İstərdim rəhbərlik etdiyiniz təşkilatdan danışasınız?

 

- Azərbaycan Gənclik Platforması 2015-ci ilin may ayında İstanbulda qurulmuş bir gənclər təşkilatıdır. Türkiyədə fəaliyyət göstərdiyimiz dövr ərzində əsas məqsədimiz İstanbulda təhsil alan tələbələri bir araya toplamaq, əlamətdar günlərimizdə tədbirlər təşkil etmək, İstanbulda təhsil alan tələbələri bir araya gətirib fərqli-fərqli universitetlərdə Azərbaycanla bağlı yığıncaqlar təşkil etmək, Azərbaycanı xarici tələbələrə yüksək səviyyədə tanıtmaq, Türkiyə və Azərbaycan gəncliyi arasında bir platforma qurmaq olub. Hazırda təşkilat olaraq həyata keçirdiyimiz tədbirlərin və görüşlərin əsas məqsədi gənc nəslin sosial, intellektual və mənəvi inkişafında irəliləyişə nail olmaq, gənclərin vətənpərvərlik ruhunda tərbiyə almasına nail olmaqla onların ictimai fəallığını artırmaq və ölkənin beynəlxalq aləmdə müsbət təbliğini aparmalarını təşkil etməkdir.

 

- Təşkilatınız yarandığı gündən gördüyünüz işlərdən ilk növbədə nələri qeyd edərdiniz?


Təşkilat yarandığı gündən bir çox tədbirlər və elmi seminarlar həyata keçirmişik. 2015-ci ildə İlk Avropa Oyunlarının keçirilməsi ölkəmiz adına olduqca mühüm addım idi. Mən də düşündüm ki, xaricdə təhsil alan bir azərbaycanlı tələbə olaraq ilk Avropa Oyunlarının təqdimatını keçirim. Beləcə, 17 Aprel 2015-ci ildə İstanbul Kültür Universitetində Bakı 2015 Avropa Oyunlarının təqdimatın təşkil etdik. Çox sevinirəm ki, bu tədbiri xarici tələbələr də çox böyük maraqla qarşıladılar və təqdimatda iştirak etdilər. Çox uğurlu bir tədbir oldu. Tədbirdə ölkə rəhbərliyimizin bu Oyunlara göstərdiyi diqqət və qayğı, oyunların keçirilməsi zamanı təşkilatçılığın səviyyəsi və qısa zaman ərzində nələrin edildiyi haqqında məlumat verildi və qonaq qismində Azərbaycanın Türkiyədəki Baş Konsulluğundan nümayəndələr belə, qatıldılar. Gənclər və İdman Nazirliyi və Türkiyədə fəaliyyət göstərən bir neçə dərnək bizə bu işdə yaxından dəstək oldular. Daha sonra  Xocalı Soyqırımı ilə ilə bağlı təhsil aldığım İstanbul Kültür Universitetində konfrans təşkil etdim. Konfransda Türkiyədəki konsulluğumuzun nümayəndələri və QHT sədrləri də iştirak etdilər. Bütün konfrans iştirakçılarına hazırlatdığım 12 səhifədən ibarət olan “Kardeş ülke Azerbaycan” broşuralarını payladım. Nəticə gözlədiyimdən də yaxşı oldu. Çünki Xocalı ilə bağlı məlumatı olmayan çoxlu sayda xarici gənclər var idi və onların hər biri xalqımızın başına gətirilən bu qanlı tarix haqqında məlumat əldə etdilər. Daha bir tədbirimiz İstanbul Kültür Universitetində keçirilən Beynəlxalq Gün çərçivəsində Azərbaycanın tanıtım stendini açmağımızdır. Stenddə Azərbaycanı xatırladan suvenirlər, fotolar nümayiş etdirilib. Eyni zamanda tələbələrə Azərbaycan mətbəxi ilə tanış olmaq imkanı yaradılıb. Qeyd edim ki, tanıtım stendini İstanbul Kültür Universitetinin rektoru Sıddıka Semahat Demir, Baş katibi Etham Tarhan, universitetin əcnəbi tələbələr təmsilçisi Cavid Qədirov, “ÖKTEM” jurnalının məsul əməkdaşı Meltem Zengin, İNDEX təşkilatının təmsilçisi Nərmin Balayeva ziyarət edib. Bakıda fəaliyyət göstərdiyimiz müddət ərzində Tanap:Azərbaycan və Türkiyə münasibətlərinə strateji baxış mövzusunda Beynəlxalq Avrasiya Mətbuat Fondunda tədbir keçirtdik. Tədbirdə Türkiyə Səfirliyinin  nümayəndəsi Tuğba Uzel, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının rəhbəri, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllim və tələbə heyəti iştirak edib. Daha sonra  “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi-TRACECA” layihəsinin əhəmiyyətini, iqtisadi zəzurətlərini və Əməkdaşlıq Potensialının İnkişafını Gənc Nəsilə Aşılamaq mövzusunda tədbir təşkil etdik. Tədbirdə Türkiyə Səfirliyinin nümayəndəsi Cengiz Günəş, Elmi Araşdırmalar İctimai Birliyinin Sədri Qasımov Telman,  Azərbaycan Dövlət İqtisad Universitetinin Kitabxana Müdiri Məmmədova Arzu,  Bakı  Dövlət Universiteti , Azərbaycan Dövlət Pedaqoji Universiteti və Xəzər Universitetinin tələbələri iştirak edib. 4 oktyabr 2019-cu il tarixində “Əsrin Müqaviləsi və Gələcəyə Baxış” mövzusunda tədbir təşkil etdik. Tədbirdə bəzi  dövlət rəsmiləri, Türkiyə və Gürcüstan Səfirliyinin nümayəndələri, QHT Sədrləri, tələbələr və media nümayəndələri iştirak etdi. Yanvran ayında isə “Beynəlxalq Aləmin Qarabağ Hadisələrinə Münasibəti” mövzusunda konfrans təşkil etdik. Konfransda Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev, Suraxanı Gənclər Evinin Nümayəndəsi Yaqubov Kamil, Elmi Araşdırmalar İctimai Birliyinin Sədri Telman Qasımov, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universitetinin Tələbələri, şəhid ailələri, qazilər və  media nümayəndələri iştirak etdi. Soncunu  tədbirimiz isə  “Azərbaycanda Könüllülük Hərəkatının İnkişaf Mərhələləri və Gələcək Perspektivlər" mövzusunda maarifləndirici seminar təşkil etdik.

 

- Fariz bəyin hazırda neçə yaşı var?


- 26 yaşım var 


- Yaşınızın az olmasına baxmayaraq nəaliyyətləriniz yetərincədir. Maraqlıdır, Fariz bəy bunları necə əldə edib?

 

Yaş faktoru insanlar üçün sərhəd olmamalıdır, əgər məqsədlərinin nə olduğunu dəqiq bilirsənsə zaman itirmədən onlara doğru addım atmalısan. Məqsəd və əsl istək, bütün bəhanələrin açarıdır. Hazırki fəaliyyətimin əsasını Vətənə olan sevgim təşkil edir, bir çox  tədbirləri həttə öz maddi vəsaitimin hesabına reallaşdırmaqdan belə çəkinməmişəm. Gənclərimiz uğurlarına doğru gedən yolda daima maariflənməli və özlərini inkişaf etdirməlidirlər.


- İstərdim qarşıdakı planlarınızdan danışasınız. Hədəfiniz nədir?


Əlbəttə, hədəflərim çoxdur. İlk növbədə Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı yazdığım kitabımın təqdimatını keçirməyi planlaşdırıram. Bununla yanaşı bir neçə yeni layihələrin üzrəində işləyirik

 

- Bu yerə gəlməyiniz də ən çox kimin rolu olub?

 

Fəaliyyətimizdə bizə hər addımda təşkilati və mənəvi dəstək olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzayevə, Elmi Araşdırmalar İB-nin Sədri Telman Qasımova, Azərbaycan Dövlət İqtisad Universiteti UNEC 24/7 Kitabxanasının müdiri Arzu Məmmədovaya və Suraxanı Gənclər Evinin Metodisti Kamil Yaqubova  dərin təşəkkürlərimi  bildirirəm.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar