Gözəllik salonuna və bərbərxanaya ancaq bu şərtlə getmək MÜMKÜN OLACAQ

Oxunma sayı: 734
Ölkə       2 May 2020, 11:35
Gözəllik salonuna və bərbərxanaya ancaq bu şərtlə getmək       MÜMKÜN OLACAQ

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə mayın 4-dən etibarın Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda bərbərxana, gözəllik salonlarının fəaliyyətinə icazə verilir. Amma evdən çıxmaqla bağlı məhdudiyyət qüvvədədir və "SMS icazə" sistemi ilə bu xidmətlərdən yararlanmaq olar.

 

Azmedia.az xəbər verir ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib ki, vətəndaşlar bütün sahələr üzrə fərdi ticarət obyektlərinə, bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət göstərən obyektlərə getmək üçün 2-ci indeks üzrə icazə alacaqlar.

 

Qeyd edək ki, karantin rejimində məhdudiyyətlərin yumşaldılması mövcud sanitar-epidemioloji vəziyyət, xəstə sayı və yoluxma sürəti əsas götürülərək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonu və digər regionlar üzrə mərhələ ilə həyata keçirilir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar