Yol polisləri barmağı qopan şəxsi xəstəxanaya belə çatdırdı - VİDEO

Oxunma sayı: 551
Ölkə       4 May 2020, 02:24
Yol polisləri barmağı qopan şəxsi xəstəxanaya belə çatdırdı     - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Yaralı əməliyyat olunub, vəziyyəti yaxşıdır
 

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının xüsusi tağımının xidməti ərazisində hadisə baş verib. Avtosfer.az xəbər verir ki, Binəqədi rayonu ərazisində sürücü öz həyətində avtomobilin təkərini dəyişən zaman qaldırıcı qurğu onun əlinə düşüb və barmağını qoparıb. Dostunun maşını ilə xəstəxanaya gedən zaman Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında dayanaraq yol polislərindən kömək istəyiblər. Həyəcanlı olduğu üçün avtomobilini sürə bilmədiyini deyən şəxs yaralını aparmağı xahiş edib.

 

Avtosfer.az xəbər verir ki, 99 YP 740 dövlət nömrə nişanlı, YPX avtomobilində xidmət aparan xüsusi tağımının əməkdaşları polis leytenantı Sənan Məmmədov və polis kapitanı Arif Şükürov dərhal müdaxilə edərək yaralını Abşeron rayon Təcili Tibbi Yardım Mərkəzinə çatdırıblar. İlkin tibbi yardım göstərildikdən sonra patrul maşını ilə Travmatologiya mərkəzinə aparılan şəxs əməliyyat olunub. Hazırda vəziyyəti yaxşıdır.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar