İmişlidə yük maşınları toqquşdu: Ölən var

Oxunma sayı: 446
Qəza       4 May 2020, 09:40
İmişlidə yük maşınları toqquşdu:     Ölən var

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

İmişlidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Azmedia.az-ın məlumatına görə, İmişli şəhər sakini, 1981-ci il təvəllüdlü Gülməmmədov Ruslan Dünyamalı oğlunun idarə etdiyi “KamAZ” markalı yük maşını ilə Yalavac kənd sakini, 1961-ci il təvəllüdlü Kərimov Camal Kərim oğlunun idarə etdiyi ”QAZel” markalı yük maşını toqquşub. 

 

Nəticədə, “QAZel” markalı nəqliyyat vasitəsinin sürücüsü ölüb. 

 

Hər iki avtomobildə olan sərnişinlər - İmişli rayon sakinləri, 1971-ci il təvəllüdlü Həmzəyev Fərhad Bəybala oğlu və 1974-cü il təvəllüdlü Musayev Niyaməddin Ərzuman oğlu müxtəlif dərəcəli xəsarətlərlə Saatlı Rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı İmişli Rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.

Paylaş
Loading...
Çox oxunanlar