Kürdəmirdə yol qəzasında ikisi uşaq olmaqla, 5 nəfər ölüb, 6 nəfər xəsarət alıb - YENİLƏNİB - ADLAR

Oxunma sayı: 440
Qəza       4 May 2020, 13:58
Kürdəmirdə yol qəzasında ikisi uşaq olmaqla, 5 nəfər ölüb, 6 nəfər xəsarət alıb     - YENİLƏNİB - ADLAR

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Kürdəmirdə baş verən qəzada ölənlərin və xəsarət alanların kimliyi məlum olub.

 

Azmedia.az  xəbər verir ki, qəza nəticəsində 2 yaşlı Sabir Ceyhun oğlu Piriyev, 54 yaşlı Mehparə Kərim qızı Kərimova, 46 yaşlı Aygün Kərim qızı Kərimova, 12 yaşlı Qorxmaz Abbas oğlu Kərimov və Aylin Natiq qızı Həsənova dünyasını dəyişiblər.

 

"Nissan" markalı avtomobilin sürücü Ceyhun Piriyev və sərnişinləri - 34 yaşlı Şəfa Vaqif qızı Piriyeva, Reyhan Kərim qızı Kərimova, Abbas Kərim oğlu Kərimov, Arzu İsrayıl qızı Hətəmov isə xəstəxanaya yerləşdiriliblər. 

 

***

saat 12:17

 

Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

 

Azmedia.az  xəbər verir ki, hadisə bu gün Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir rayonunu Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.

 

İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Abbas Kərim oğlu Kərimovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Ceyhun Sabir oğlu Piriyevin idarə etdiyi "Nissan" markalı maşın toqquşub. 

 

Nəticədə 4 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

 

Xəsarət alanlar Kürdəmir Mərkəzi Rayon Xəstəxanaya yerləşdiriliblər.  

 

Faktla bağlı araşdırma aparılır.                                                

Fotoları təqdim edirik
Paylaş
Loading...
Çox oxunanlar