Azərbaycan əhalisinə BÖYÜK MÜJDƏ: maaş və pensiyalar artacaq

Oxunma sayı: 673
Sosial       5 May 2020, 10:38
Azərbaycan əhalisinə BÖYÜK MÜJDƏ:     maaş və pensiyalar artacaq

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Xəbər verdiyimiz kimi, Azərbaycanda karantin rejimi mayın 31-nə qədər uzadılıb. Bəs, karantin rejimi bitdikdən sonra Azərbaycanda pensiya və əməkhaqqı artırılacaqmı?

 

Azmedia.az  xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Aydın Hüseynov bildirib ki, ölkədə aparılan siyasətin başlıca məqsədi Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılmasıdır: “Dövlət büdcəmizin 40 faizə qədəri sosial təyinatlı xərclərdir. 2019-cu ildə əməkhaqqı, əmək haqqına tutulan xərclər, təqaüdlər və pensiyalar önəmli şəkildə artırıldı. Biz 4.2 milyon insanı əhatə edən böyük sosial zərfin şahidi olduq. Xatırlayırsınız ki, cənab Prezident bildirmişdi ki, bu kimi əməkhaqqların və pensiyaların artımı növbəti illərdə də davam edecək. Mən hesab edirəm ki, növbəti mərhələlərdə əməkhaqqının və pensiyaların artımı həyata keçiriləcək. Təbii ki, bu sistemli xarakter daşıyır. Baxmayaraq ki, dünyada iqtisadi gərginlik baş verir. Ölkə başçısı bildirib ki, dünyada gedən iqtisadi böhrana baxmayaraq Azərbaycanda sosial layihələr ixtisar olunmayacaq. Sosial tədbirlər proqnozlaşdırılmış formada öz həllini tapacaq. Bəli, növbəti mərhələlərdə orta əməkhaqqının və pensiyaların artırılmasını gözləyirik”.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar