Səhiyyə Nazirliyinin Baş pediatrı:"Dövlətimiz 2013-cü ildə uşaqların icbari dispanserizasiyası haqqında qanun qəbul edib"

Oxunma sayı: 460
Açıqlama       5 May 2020, 15:37
Səhiyyə Nazirliyinin Baş pediatrı:"Dövlətimiz 2013-cü ildə uşaqların icbari dispanserizasiyası haqqında qanun qəbul edib"

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"Tibb işçisi olaraq, ilk tövsiyyəm budur ki, bütün insanlar, valideynlər öz övladlarını mütləq peyvənd etdirsin, bunun heç bir ziyanı, yan təsiri yoxdur".

 

Bu barədə Azmedia.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Baş pediatrı Nəsib Quliyev deyib.


"İnsanlar mövcud olan zamandan bəri xəstəliklərdən qorunmaq, müalicə olunmaq üçün müxtəlif üsullardan istifadə olunmağa başlayıb. İlk dəfə olaraq cəmiyyətdə peyvənd 7-ci əsrdə qədim Hindistan, Çin və Orta Asiyada yaşayan türk tayfaları tərəfindən istifadə olunmuşdur. Başlanğıcda ilan zəhərinə sonra təbii çiçəyə və s.. qarşı vaksinlər hazırlanıb.. Peyvənd insanlara 7-ci əsrdən bəri məlum olsa belə, indiki dövrümüzdə hələ də peyvəndi əvəz edə bilən alternativ yəni ikinci vasitə kəşf olunmamışdır.  Tibb işçisi olaraq, ilk tövsiyyəm budur ki, bütün insanlar, valideynlər öz övladlarını mütləq peyvənd etdirsin, bunun heç bir ziyanı, yan təsiri yoxdur. Peyvənd olunmayan insanlar yaşından aslı olmayaraq xəstəliyə qarşı həssas olduqları üçün daha tez tutulurlar, bunun da çox ağır fəsadları baş verə bilir. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycanda hal-hazırda 11 yoluxucu xəstəliyə qarşı bütün peyvəndlər dövlət vəsaiti hesabına ölkəmizə gətirilir və heç bir ödəniş olunmadan uşaqlar peyvənd edilir. 


Peyvənd təqviminə əsasən uşaqlar 1 yaşına qədərki dönəmdə, ilk həftəsində 3 xəstəliyə qarşı peyvənd olunur: B virus hepatiti, poliomielit və vərəmə qarşı. Daha sonra 2 aylıq olarkən daha 5 xəstəliyə qarşı peyvənd olunurlar: difteriya, tetanus, göy öskürək, pnevmaniya və hemofiliz çöplərinə qarşı. 3 xəstəliyə qarşı isə 1 yaşında peyvənd olunur: qızılca, məxmərək və parotit xəstəliyidir. Beləliklə, artıq 1 yaşı olanda uşaq bütün 11 xəstəliyə qarşı peyvənd vaksinasiyasını qəbul etmiş olur. 1 yaş yarım olanda təkrar 1 dəfə revaksinasiya olunur. Daha sonra 6 yaşında olarkən bəzi xəstəliklərə qarşı təkrar 2-ci dəfə revaksinasiya olunur. Bununla da, peyvənd təqvimi başa çatmış hesab olunur. Dövlətimiz 2013-cü ildə uşaqların icbari dispanserizasiyası haqqında qanun qəbul edib. Bu qanunda peyvəndin nə dərəcədə vacib olması öz əksini tapmışdır. Orada qeyd olunub ki, valideyn öz övladını peyvənddən yayındırırsa, buna icazə vermirsə, ondan yazılı izahat tələb olunur. Çünki peyvənd olunmaq uşağın təbii haqqıdır. 

 

Bunu da qeyd edim ki, dünyanın bir çox ölkəsi ilə müqayisədə Azərbaycanda olan valideynlər peyvəndin mahiyyətini düzgün başa düşürlər, bu işə böyük dəstək verirlər. Təsadüfi deyil ki, bizim ölkədə 11 xəstəliyə qarşı vaksinasiya ilə əhatə 95-97% təşkil edir. Buna görə də, biz öz əhalimizə təşəkkürümüzü bildiririk".

 

Sara Babakişiyeva

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar

Son 12 saatda yüklənən xəbər yoxdur