2015-ci ildə “Günəşli”dəki partlayışda itkin düşən neftçilərdən ikisinin cəsədi tapılıb

Oxunma sayı: 464
Ölkə       8 May 2020, 09:30
2015-ci ildə “Günəşli”dəki partlayışda itkin düşən neftçilərdən ikisinin cəsədi tapılıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən neftçilərdən ikisinin cəsədi tapılıb.

 

Bu barədə Neftçilərin Hüquqlarının Müdafiə İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı feysbuk hesabında paylaşım edib.

 

İnterAz-ın məlumatına görə, cəsədi tapılan neftçilər 1973-cü il təvəllüdlü Əliyev Əyyub Xəlil oğlu və 1954-cü il təvəllüdlü Əbdüləzizov Əbdüləziz İsmayıl oğludur. Yaxınlarının məlumatına görə, cəsədləri tapılan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər onların üzərində olub.

 

Xatırladaq ki, qəza baş verən zaman platformada olan 63 işçidən 33 nəfəri xilas edilib, 11 nəfər həlak olub, 19 nəfər isə itkin düşüb. Hadisə ilə əlaqədar Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 2015-ci ilin 6 dekabr tarixində matəm günü elan olunub.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar