“Məşədi İbad”ın Gülnazı vəfat etdi

Oxunma sayı: 260
Mədəniyyət       8 May 2020, 17:48
“Məşədi İbad”ın Gülnazı vəfat etdi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"O olmasın, bu olsun" filmində məşhur Gülnaz rolunu canlandıran aktrisa Tamara Gözəlova dünyasını dəyişib.

 

Azmedia.Az  xəbər verir ki, bu barədə qafqazinfo-ya T. Gözəlovanın qohumları məlumat verib. Qeyd olunub ki, 80 yaşlı aktrisa həyatını itirib.

 

Qeyd edək ki, T. Gözəlova AzTV-nin ilk diktorlarından biri olub, 1956-cı il mayın 1-də efirə çıxıb.

 

Xatırladaq ki, Tamara Gözəlova 1940-cı il fevralın 14-də Bakıda, Içərişəhərdə ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakıdakı 190 saylı orta məktəbi, 1965-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsini bitirib. 65-ci ildən 2011-ci il yanvarın 18-nə qədər M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışıb. 56-59-cu illərdə Bakı Televiziya Studiyasında işə başlayan T.Gözəlova Azərbaycan Dövlət Televiziyasının ilk xanım diktoru olub.

 

Azərbaycan kinosunun şah əsəri sayılan, Üzeyir Hacıbəyovun eyni adlı operettası əsasında çəkilən ilk rəngli və tammetrajlı, el arasında "Məşədi Ibad" adıyla məşhurlaşan "O olmasın, bu olsun" filmində məşhur Gülnaz rolunu canlandırıb.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar

Son 12 saatda yüklənən xəbər yoxdur