Azərbaycanda şöbə müdiri icra başçısı tərəfindən danlandıqdan sonra ölüb? - TƏFƏRRÜAT

Oxunma sayı: 357
Ölkə       8 May 2020, 16:53
Azərbaycanda şöbə müdiri icra başçısı tərəfindən danlandıqdan sonra ölüb?     - TƏFƏRRÜAT

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Gədəbəy Rayon İcra Hakimiyyətinin vətəndaşların müraciətləri və sənədlərlə iş şöbəsinin müdiri Rakif Cəbrayılovun qəfil ölümünün təfərrüatı məlum olub.

 

Azmedia.az xəbər verir ki, mərhumun bacısı oğlu Şahin Qasımov Oxu.Az-a bildirib ki, mətbuatda yazılanlar həqiqəti əks etdirmir:

 

“R.Cəbrayılov işində çox məsuliyyətli adam olub. Onun işgüzar olması icra başçısının da diqqətini çəkib və İbrahim Mustafayev özü onu işə dəvət edib. Onların arasında heç bir konflikt olmayıb.

 

Dayım 20 gün olardı ki, sağlamlığı ilə bağlı işə çıxmırdı. R.Cəbrayılov mayın 1-də ürəyindəki ağrılara görə evdən xəstəxanaya aparılıb. Heç bir danlanma, münaqişə olmayıb”.

 

Ş.Qasımov onu da qeyd edib ki, yayılan yanlış məlumatlar onun yaxınlarına və qohumlarına pis təsir edib:

 

“Gədəbəyin icra başçısı İbrahim Mustafayev də bu çətin günlərdə onları tək buraxmayıb. İcra başçısı barədə yayılan dedi-qodunun tezliklə aradan qaldırılmasını istəyirik”.

 

Qeyd edək ki, mətbuatda R.Cəbrayılovun ürək tutması nəticəsində qəfil həyatını itirməsində Gədəbəyin icra başçı İ.Mustafayev ittiham edilir. Belə ki, İ.Mustafayevin mərhumu danladıqdan sonra halının pisləşməsi əsas gətirilir.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar