Maşının multimedia sistemindəki PTY, TA və AF düymələri nəyə lazımdır? - İZAH

Oxunma sayı: 651
Avto       11 May 2020, 04:50
Maşının multimedia sistemindəki PTY, TA və AF düymələri nəyə lazımdır?     - İZAH

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bu düymələr qədim kaset, həmçinin disk və müasir disksiz maqnitafonlarında olub

 

İnsanların əksəriyyəti avtomobil idarə edir, maqnitafona, radioya qulaq asır və bəzi düymələrin, funksiyaların nəyə lazımn olduğunu bilmirlər. Danışıram.

 

Ən çox yayılmış və naməlum üç düymə - PTY, TA və AF. Bu düymələr qədim kaset, həmçinin disk və müasir disksiz maqnitafonlarında olub. Və hətta müasir toxunma (sensor) ekranları, bluetooth və s. Adətən, bu funksiyalar standart və qeyri-standart maqnitafonlarda ayrı-ayrı düymələrə yerləşdirilir, bəzən isə bu funksiyaları aktivləşdirmək üçün multimedia sisteminin xidmət menyusuna daxil olmaq lazımdır (paneli düymələrlə yükləməmək üçün bu cür edilir).

 

PTY

Bu funksiya proqramın növünü tanıyır. Xəbər, məlumatlandırıcı, yumoristik radio stansiyaları var. Musiqi də var: rok, pop və s. Əgər, düyməni bassanız, həmin radio stansiyanın növü və ya "No PTY" ekranda görünəcəkdir.

 

Bu funksiyanı aktivləşdirsəniz (hər kəsdə fərqli açılır: kimdəsə sadə sıxmaqla, kimdəsə də sıxıb saxlamaqla), radio stansiyasının növünü (məsələn, xəbər) seçə bilərsiniz və onda qəbuledici yalnız xəbər kanallarına köklənəcək. Bu rahatdır, amma bütün radio stansiyalar təəssüf ki, yayımlanmır və PTY kodlarına sahib deyil.

 

TA

TA - Traffic Announcement qısaldılmış formasıdır, yəni "yollarda vəziyyət" deməkdir. Radio stansiyaların tez-tez tıxaclar, yol işləri və s. barədə məlumat ötürdüyünü eşitmisiniz? Beləliklə, bu funksiyanı aktivləşdirməklə, radio qəbuledici avtomatik olaraq hansı radio stansiyaya qoşulmanızdan və ya diskə və ya yaddaş kartına qulaq asmağınızdan asılı olmayaraq yollarda vəziyyətlər barədə ötürülən məlumatları daxil edəcəkdir. Bu məlumatı dinlədikdən sonra əvvəl dinlədiyiniz radio stansiya, disk və ya yaddaş kartı yenidən açılacaqdır.

 

Bəzən TA düyməsini basaraq son ötürülən yollardakı vəziyyət barədə məlumatı eşidə bilərsiniz. İndi bu funksiya xüsusilə aktual deyil və radio stansiyalar bu cür məlumatları günbəgün az ötürürlər, çünki demək olar ki, hər kəs tıxacları göstərən bələdçidən (naviqator) istifadə edir, lakin bəzi avtomobillər (xüsusən Honda) standart bələdçidə marşrut qurarkən, internet olmadan bu məlumatları (tıxacların olduğu yerləri ) nəzərə ala bilər. Dəqiqlik, əlbəttə ki, azdır, lakin heç olmamasından, olması yaxşıdır.

 

AF

Bu, bəlkə də ən sirli düymədir? Ümumiyyətlə, kimsə nə vaxtsa bu düyməni basıb? İngilis dilində bu funksiya List of alternative frequencies kimi səslənir. Azərbaycan dilində "Alternativ tezliklərin siyahısı" deməkdir. Bu funksiyanı işə salın və qəbuledici seçilmiş verilişin ötürüldüyü ən güclü siqnal tezliyinə avtomatik olaraq köklənəcək.

 

Misal üçün: Gəncədən Şəmkirə gedirsiz, məsələn, "Kəpəz FM" radiosuna qulaq asırsınız. Və birdən Gəncə bölgəsinin tezliyi deyil, Şəmkir bölgəsində daha güclü tezliyi olan Gürcüstan Respublikasının radio stansiyası olacaq. Qəbuledici özü bunu başa düşəcək və vaxtında qoşulacaqdır, siz "Kəpəz FM"i dinləməyə davam edəcəksiniz, ancaq digər dalğalarda.

 

Zəif bir siqnal ilə, qəbuledicinin yerli yayım proqramının tezliyindən federal yayım tezliyinə keçdiyi bir vəziyyət ola bilər. Bəli, bəlli səbəblərdən bəzən ümumiyyətlə köklənmək mümkün olmur.

 

Avtosfer.az

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar