Şirvanda qız atasını balta ilə öldürdü

Oxunma sayı: 607
Kriminal       12 May 2020, 10:10
Şirvanda qız atasını balta ilə öldürdü

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Şirvan şəhəri, M.Araz küçəsi ev 22-də yerləşən fərdi yaşayış evində gecə saat 03 radələrində ölüm hadisəsi baş verib.

 

Azmedia.az  apa-ya istinadən xəbər verir ki, şizofreniya xəstəsi olan 1977-ci il təvəllüdlü Əkbərova Mirsəkinə Nadir qızı atası - 1933-cü il təvəllüdlü Əkbərov Nadir İbadulla oğlunu baş nahiyəsindən balta ilə vuraraq qətlə yetirib.

 

Meyit Şirvan Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə yerləşdirilib.

 

Qeyd edilir ki, adıçəkilən ünvanda ruhi xəstə olan bacı və qardaş yaşayırlar.

 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları və kriminalistlər tərəfindən qətlin törədildiyi yer müayinə edilir, istintaq hərəkətləri həyata keçirilir.

 

Faktla bağlı Şirvan Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar