Baş infeksionistdən daha bir xəbərdarlıq

Oxunma sayı: 507
Sağlamlıq       14 May 2020, 09:34
Baş infeksionistdən daha bir xəbərdarlıq

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Azmedia.az xəbər verir ki, İri ticarət mərkəzləri və restoranlar koronavirus pandemiyası səbəbindən açıq fəaliyyət göstərmədiyindən onlayn sifarişlərə kütləvi tələbat yaranıb. Bu sifarişlər həm ölkə daxilindən, həm də xaricdən verilir. Bu vəziyyətdə isə həm kuryerlə, həm də necə paketləndiyini bilmədiyimiz bir məhsulla təmas yaranır. Bəs bu hallarda vətəndaş necə davranmalıdır?

 

Koronavirus pandemiyası səbəbindən tətbiq olunan xüsusi karantin rejimində online sifarişlərin sayı xeyli artıb. Evdə qal çağırışlarına riayət edən vətəndaşlar həm ərzaq məhsulları, həm də geyimlərini bir çox hallarda onlayn sifariş verirlər. Bu vəziyyətdə isə həm sifarişi yerinə yetirən kuryer, həm də gətirilən mal ilə təmas sayəsində virusa yoluxma məsələsi gündəmə gəlir. Baş infeksionist Cəlal İsayev deyir ki, bu vəziyyətlərdə vətəndaşların diqqət etməli olduqları bəzi məqamlar var.

 

O ki qaldı paketlənmiş məhsulun özünün virus ötürücü olub-olmamasına, Cəlal İsayev deyir ki, bu məsələdə tədqiqatçıların fikirləri müxtəlifdir. Bununla belə, qablaşdırmanı açdıqdan sonra əllər sabunla yuyulmalı və spirtlənməlidir...

 

Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi koronavirus pandemiyası dövründə onlayn sifariş edənlərə müraciət edib. Müraciətdə kuryerlərlə birbaşa təmasdan qaçınmaq üçün məhsulların qapıya qoyulmasını xahiş etmək tövsiyə olunub.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar