Azərbaycanlı bloqer: “30 yaşdan yuxarı qadınla görüşməmişəm” - FOTO/VİDEO

Oxunma sayı: 335
Yerli       14 May 2020, 17:57
Azərbaycanlı bloqer:     “30 yaşdan yuxarı qadınla görüşməmişəm” - FOTO/VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Rusiyada məşhur olan 25 yaşlı azərbaycanlı bloqer Hüseyn Həsənovu “Instaqram”da 13 milyondan çox insan izləyir. O, “YouTube” üçün həyacan və adrenalin dolu videolar çəkir, dəbdəbəli avtomobillərini izləyicilərinə bağışlalaması ilə ad çıxarıb.

 

Azmedia.Az  əsl sevgiyə inanan bloqer Hüseyn Həsənovun Rusiyada dərc olunan “Peopletalk” nəşrinə verdiyi müsahibəsini təqdim edir:

 

- Bir qıza verdiyin ən qeyri-adi hədiyyə nə olub?

- Dağlarda at çapmaq imkanı.

- Ən bahalı əşyanız hansıdır?

- “Gucci”dən aldığım 8 510 manatlıq gödəkcə.

- Ən bahalı reklam postundan qazandığınız məbləğ nə qədər olub?

- 161 min manat.

- Həyatınızın ən gözəl anı hansı olub?

- Anama avtomobil hədiyyə edəndə.

- Lentə aldığınız ən yaxşı videonuzu qeyd edə bilərsiniz?

- Mənim ən uğurlu və çox pul qazandığım videoçarxım “Hüseyn Həsənovla vayn”dır.

- Ən sevdiyiniz yemək hansıdır?

- Azərbaycan mətbəxinin ən dadlı təamları - plov və dolma.

- Ən sevdiyiniz filmin hansı olduğunu bilmək istərdik.

- Daniel Kalparsoronun “Atəş” və Nikita Mixalkovun “12” ekran əsəri.

- Fikrinizcə, stresdən qurtulmağın ən yaxşı variantı nədir?

- Meditasiya.

- Həyatınızda ən əsas şəxs kimdir?

- Valideynlərim.

- Ən ağlasığmaz hərəkətiniz hansı olub?

- Paraşütdən tullanma.

- Qızdan aldığınız ən gözəl komplimenti açıqlaya bilərsiniz?

- Gözəl qaşların var.

- Ən yaxşı görüş harada olur?

- Açıq səma altındakı damda.

- Ən gözəl rus qızı necə görünməlidir?

- Hər bir qız gözəldir.

- Ən yaddaqalan intim münasibətiniz harada olub?

- “Moscow City”nin binalarının birinin damında.

- Tanış olduğun ən yaşlı qadın kimdir?

- 30 yaşdan yuxarı qadınlarla görüşməmişəm.

- Ən yaddaqalan tətiliniz harada olub?

- Şri-Lankaya səyahət.

- Ən sevimli spirtli içkinizi açıqlaya bilərsiniz?

- Ağ şərab.

- Qız bədəninin ən vacib hissəsi hansıdır?

- Arxa hissəsi.

- Ən sevimli avtomobiliniz hansıdır?

- Gelandewagen..

 

 

 

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar