Doğum evinə silahlı hücum: 18 ölü - Ana körpəsini qorumaq üçün küvəzi qucaqladığı yerdə qətlə yetirildi

Oxunma sayı: 241
Dünya       14 May 2020, 18:36
Doğum evinə silahlı hücum:     18 ölü - Ana körpəsini qorumaq üçün küvəzi qucaqladığı yerdə qətlə yetirildi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Əfqanıstanın paytaxtı Kabil şəhərində polis forması geyinmiş şəxslər doğum evinə hücum ediblər.

 

Azmedia.az   xəbər verir ki, üç nəfərin silahlı hücumu nəticəsində 24 insan həyatını itirib.

 

18 körpənın anasız qaldığı, iki ananın doğuş zamanı hücuma məruz qalaraq öldürüldüyü bildirilir.

 

Bir ana isə övladını qorumaq üçün uşağın olduğu küvəzi qucaqladığı zaman öldürülüb. Körpə xəsarət almayıb.

 

Ölənlərin çoxu dünyaya yeni uşaq gətirmiş analardır. Həyatını itirənlər arasında hamilə qadınlar, iki körpə, tibb bacıları, doğuş həkimləri və polis əməkdaşları var.

 

Qeyd olunur ki, xəstəxananın yerləşdiyi məhəllədə şiə məzhəbli əhali yaşayır. Bəzi insan haqları təşkilatlarının müharibə səhvi adlandırdığı hücumu heç bir terror təşkilatı öz üzərinə götürməyib.

 

“Taliban” hücum faktı ilə əlaqəsinin olmadığını açıqlayıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar