3 uşaq çöldə qoyun otararkən Hz. Məryəmi gördü - Qiyamətin əlamətidir?

Oxunma sayı: 932
Maraqlı       14 May 2020, 19:39
3 uşaq çöldə qoyun otararkən Hz. Məryəmi gördü - Qiyamətin əlamətidir?

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Portuqaliyanın Fatima kəndində 1917-ci il 13 may tarixində 3 çoban uşağa görünən Məryəm Ananın verdiyi sirrlər dünyanın axırı ilə bağlıdır?


Xristian imanında bu cür görüşlər mümkündür. Buta.ws xəbər verir ki, Xristianlığın qurucusu Tarsusdan olan Şaul da Hz. İsadan 50 il sonra, Şam küçələrində gəzərkən özünə göründüyünü və məsləhət verdiyini söyləyib.


Hadisə, 1917-ci ildə Portuqaliyanın kiçik Fatima kəndində baş verib. Deyilənə görə, bu kiçik kənddə yaşayan 3 uşaq dağlarda çobanlıq edərkən Hz. Məryəmi görüblər. Hz. Məryəm isə uşaqlara kilsə tikmələrini və hər ayın 13-ü onunla orada görüşmələrini deyir. Bu hadisə bütün xristianların bu kəndə kütləvi şəkildə axın etməsinə səbəb olub. Uşaqlar iddia edir ki, Hz. Məryəm onları sıra ilə öz yanına alacağını deyib. Uşaqlara heç kim inanmasa da, 2 uşaq bir-birinin ardınca həlak olur. 3-cü isə monastrda rahib olur. 


"Fatimanın sirləri" kimi tanınan əlyazmanın müəllifi isə, ölən iki uşağın qohumu olan, Lusia dos Santos adlı üçüncü uşaqdır. O, 2005-ci ildə 97 yaşında vəfat edib. Onun məsud elan edilməsinə isə 2008-ci ildə başlanılıb.

 

Hansı üç sirdən söhbət gedir?


Həmin öncəgörmələri, uşaqların gözünə Müqəddəs Məryəm göründükdən illər sonra qələmə alan Lusia olub. O, rahibə kimi xidmət edərək Coimbra qadın monastırında vəfat edib.

 

İlk iki sirri Lusia 1942-ci ildə açıqlayıb.


Birinci sirrdə cəhənnəm görüntüsü, "nəhəng alov dənizi", iblislərdən və insan ruhlarından söhbət gedir.


İkinci sirr Məryəmin, Birinci Dünya müharibəsinin başa çatacağını və Papa Pius XI dövründə İkinci dünya müharibəsinin başlanacağını öncədən görməsi hesab olunur.


Üçüncü sirri Lucia bağlı zərfdə 1957-ci ildə Vatikana çatdırıb və həmin zərf yalnız 2000-ci ildə açılır.

 

"Fatimanın Sirrı” ile bağlı bir kitap yazan Helmut Hoffmana göre, başlanğıcda Vatikanın Baş naziri  Kardinal Sodanonun ağzından qaçırdığı, “dünya faciəsi” sözü bu sirri işarət edir. Bu gün Katolik dünyasında, bu son sirrin 3-cü Dünya müharibəsi, Katolik kilsəsinin dağılması və Vatikanın sonu kimi eşidilməkdədir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar