Koronavirus xəstəsi mələfələri birləşdirərək xəstəxanadan qaçmağa çalışdı

Oxunma sayı: 327
Dünya       15 May 2020, 10:35
Koronavirus xəstəsi mələfələri birləşdirərək xəstəxanadan qaçmağa çalışdı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Türkiyənin Trabzon şəhərində koronavirus şübhəsi ilə xəstəxanada nəzarətdə saxlanılan Gürcüstan əsilli Cons Kri mələfələri birləşdirərək xəstəxanadan qaçmağa çalışıb.

 

Azmedia.az-ın  məlumatına görə, həmin anlar kamera ilə qeydə alınıb.

 

Ancaq onun bu cəhdi uğursuzluqla nəticələnib. Belə ki, C.Krinin palatası xəstəxananın üçüncü mərtəbəsində olub. Lakin mələfələr ikinci mərtəbəyə qədər uzanıb. Buna görə o, ikinci mərtəbədə mələfədən asılı vəziyyətdə qalıb.

 

Ətrafdakılar bu mənzərəni görərək xəstəxananın təhlükəsizlik işçilərinə xəbər veriblər. O, xilas edilərək, yenidən palatasına aparılıb.

 

Psixoloji problemlərinin olduğu bildirilən C.Krinin bir daha qaçmaması üçün təhlükəsizlik tədbirləri görülüb.

 

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar