“Bakı Metropoliteni” gediş haqqının artırılacağı xəbərlərinə CAVAB VERDİ - VİDEO

Oxunma sayı: 322
Cəmiyyət       15 May 2020, 11:04
“Bakı Metropoliteni” gediş haqqının artırılacağı xəbərlərinə       CAVAB VERDİ - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bakı metrosunda gediş haqqının artırılacağına dair yayılan şayiələrə aydınlıq gətirilib.

 

Azmedia.az  xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov AzTV-nin “Gündəlik” verilişinə telefon bağlantısı zamanı deyib ki, metropolitendə qiymət dəyişikliyi birbaşa olaraq Tarif Şurasının səlahiyyətində olan məsələdir:

 

“Şayiələr ona görə yayıldı ki, insanlar metronun guya qiymətlərin qaldırılması üçün açıldığını deməyə başladılar. Lakin pandemiya bütün dünyada ictimai nəqliyyatın hərəkətində müəyyən məhdudiyyətlər yaranmasına səbəb olduğu kimi, ölkəmizdə də metronun bağlanmasına gətirib çıxardı.

 

Karantin rejiminin yumşaldılmasından sonra isə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə Bakı metrosu fəaliyyətə başladı. Həm də Operativ Qərargahın metodiki göstərişləri əsasında. Amma bu, şayiələrin yaranmasına əsas ola bilməz.

 

Bütün bunların məqsədi ölkəmizdə ictimai nəqliyyat sahəsində hərəkəti asanlaşdırmaq, sərnişinlərə xidmətdir”.

 

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar