Güclü külək olub, yağış yağıb, şimşək çaxıb, dənizdə dalğanın hündürlüyü... - FAKTİKİ HAVA

Oxunma sayı: 332
Ölkə       17 May 2020, 13:33
Güclü külək olub, yağış yağıb, şimşək çaxıb, dənizdə dalğanın hündürlüyü...     - FAKTİKİ HAVA

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Mayın 17-si səhərədək bəzi dağlıq ərazilərdə şimşək çaxıb, arabir yağış yağıb, güclü qərb küləyi əsib. 

 

Azmedia.az-a bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

 

Düşən yağıntının miqdarı Daşkəsən, Gədəbəy, Göygöl, Quba, Xaltan, Qrızda 1 mm olub. 

 

Qərb küləyinin sürəti arabir Tərtər, Altıağacda 25 m/s, Naftalan, Daşkəsəndə 23 m/s, Ağstafada 22 m/s, Şəki, Xaçmaz, Ağdamda 20 m/s, Göyçayda 19 m/s, Gəncə, Qubada 18 m/s,  Şabranda 16 m/s, Mingəçevir, Yevlaxda 15 m/s olub.  

 

Abşeron yarımadası və Abşeron Dəniz rayonunda şimal-qərb küləyi Pirallahıda 30 m/s, Qum adası, Maştağada 28 m/s, Çilov adasında 27 m/s, Neft Daşlarında 24 m/s, Sumqayıt, Bakıda 22 m/s, Binədə 19 m/s, Zabratda 18 m/s-dək güclənib.  

 

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.8 metrə çatıb. 

 

Temperatur iqlim normasından 2.2 dərəcə yuxarı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24-31, aran rayonlarında 31-34 dərəcə, dağlıq rayonlarda 22 dərəcəyədək, Naxçıvan MR-da 21-30 dərəcə isti olub. 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar